Koronavirusun mənfi təsirlərinin uzun müddət davam etməsi ilə bağlı araşdırma aparılıb.

Xarici KİV-lər bildirir ki, uzun müddət xəstəxanada müalicə alan Covid-19 xəstəsi 6 ay sonra da ağrıları olduğunu bildirib.

Bundan sonra Çinin Uhan şəhərində xəstəxanalardan birində 6 ay əvvəl müalicə olunan 1733 xəstə ilə görüş keçirilib. Aparılan sorğu nəticəsində məlum olub ki, yanvar və mayda müalicə alan xəstələrin 76 faizi 6 ay sonra da koronvirusun təsirinin davam etdiyini vurğulayıb.

Axşam.az-ın yazdığına görə, onlar əsasən, əzələ ağrıları, yuxusuzluq və depressiyadan şikayətlənib.