Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.
Mia.az Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, o, Bakıda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.
Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar: “Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.
