Azərbaycan ilə Ermənistan növbəti dəfə qarşılqlı olaraq əsirləri təhvil veriblər.

TASS xəbər verir ki, bu barədə Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.

Onun dediyinə görə, Ermənistanda əsir saxlanılan iki azərbaycanlı və Azərbaycanda saxlanılan dörd erməni müvafiq olaraq qarşı tərəfə təhvil verilib. Həmin şəxslər Rusiya təyyarələri vasitəsilə daşınıb/Report.