Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Natiq Mahmudov şəhid olub.

Mia.az Report-a istinadla xəbər verir ki, o, 45 gün komada qalıb.

Həkimlərin səylərinə baxmayaraq, N.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.

Qazi Zaqatala şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!