6 Dekabr saat 16:00-da Bakıda benzinin qiymətinə etiraz əlaməti olaraq aksiya keçiriləcək.
Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. "Əllər siqnala" adlı aksiyanın sürücülər tərəfindən keçirilməsi planlaşdırılır.
Aksiya ilə bağlı yayılan müraciətdə deyilir ki, bütün sürücülər saat 16:00-da əllərini siqnala qoysunlar və bununla yanacağın qiymətinin qalxmasına etiraz etsinlər.
****
JAM.AZ-a çatan məlumatlarda Masallı, Saatlı və Astarada camaatın narazı qaldığı və etiraz etdikləri qeyd olunurdu.
JAM.AZ-ın xəbərinə görə, Ağcabədidə bu hadisədən dərhal sonra əraziyə polis göndərilib və avtomobilləri YDM-lərdən çıxararaq, cərimə meydançalarına aparıblar. Həmin maşınların sahiblərini müəyyənləşdirdikdən sonra onların evinə gedərək, polisə aparıblar. Lakin bu addımın rayonda narazılığı daha da artıracağından ehtiyat edərək, qısa müddətdə xəbərdarlıq edilməklə həmin şəxsləri buraxıblar.
Qazaxda isə 50-yə yaxın şəxs rayonun mərkəzində toplaşaraq, qiymətlərin artmasına etiraz edib. İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkda toplaşmış insanları da polisin hesabına dağıdıblar.