“Son günlər Azərbaycan manatının devalvasiyaya uğraması ilə bağlı şaiyələr yayılır. Amma bunun üçün heç bir əsas yoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O, vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırıb.

Elman Rüstəmov bildirib ki, banklardakı əmanətlərin 98,9%-i tam sığortalanıb: "Yəni əmanətçilərin maliyyə savablığı çox yüksək səviyyədədir”.

Mia.az