“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyəti Azərbaycana göndərilib: "Onlar həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Qarabağda atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”.

H.Akar vurğulayıb ki, Qarabağın bir qismində ermənilər hələ də qalır: “Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə-Azərbaycan arasında həll olunan mövzudur”.

Akar bildirib ki, Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır: "Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik. Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”.

Mia.az