“Gürcüstanda koronavirus infeksiyasının yayılmasını dayandırmaq mümkün olub”.

Bunu ölkənin baş nazir səlahiyyətlərini icra edən Giorgi Qaxariya hökumət iclasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda yoluxma hallarının sayı nisbətən sabitləşib: “Son aylar ərzində bu gün ilk dəfə olaraq 3 mindən az yoluxma halı qeydə alınıb. Bu, bizə ehtiyatlı nikbinliyə əsas verir”/Report.