Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.