"Dekabrın 11-də atəşkəs rejiminin pozulduğu Hadrut bölgəsində vəziyyət normallaşıb."
Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya Sülhməramlı Missiyasının Qarabağdakı komandanı general Rüstəm Muradov verib.
O bildirib ki, 11 dekabrda Hadrut bölgəsinin Xtsaberd və Khin Taher yaşayış məntəqələri yaxınlığında atəşkəs pozulub:
"Ancaq Rusiya sülhməramlı kontingentinin hərəkətləri ilə gərginlik yatırılıb. Hazırda bu ərazidəki vəziyyət normallaşıb. Rus sülhməramlıları vəziyyəti daim izləyir və erməni və azərbaycanlıların nümayəndələri ilə qarşılıqlı əlaqəni davam etdirirlər".
Mia.az