Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.
Mia.az Report-a istinadla xəbər verir ki, saxlanılanlar var.
APA-nın məlumatına görə, saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.
Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.
Əlavə məlumat veriləcək.
Bu barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.
Xatırladaq ki, Namiq Rəsul oğlu Zeynalov 2018-ci ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Onu da qeyd edək ki, yeni başçı bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.
Mia.az