Sərəncama əsasən, Bakı şəhərində Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
sərəncama əsasən, qanunla təsdiq edilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının təsviri”ndə birinci hissədə "milli” sözündən əvvəl "mərkəzində aypara və səkkizguşəli ulduz olan” sözləri əlavə ediləcək. "35 mm” sözləri "36 mm” sözləri ilə əvəz ediləcək. Beşinci hissədə "səthlidir” sözündən sonra "orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur” sözləri əlavə ediləcək.
"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir. "Üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm” sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz ediləcək.
Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
Bu Məcəllənin 74.3-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bu Məcəllənin 74.1-74.3-cü maddələri, həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.