Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
***
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
Mia.az Report-a istinadla xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə general Ramiz Zeynalov təqaüdə göndərilib.
Xatırladaq ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından bu vəzifəini tuturdu.