Belə məlumat var ki, Ş.Sultanov tabeliyində olan hərbi birləşmədə vəziyyətə nəzarət edə bilmir. Belə qanunsuzluqlar isə hər gün baş verir. Zakir Həsənovun oğurluq hadisəsinə münasibəti çox kəskin olub və o, bununla bağlı nazirliyin arxa cəbhə xidmətlərinə Hərbi Dəniz Qüvvələrində yoxlamalara başlanılmasına göstəriş verib.
Müdafiə Nazirliyi sistemində adı korrupsiya qalmaqallarında hallanan generallardan biri də Şahin Sultanovdur. Vitse-admiralın adı hərbçilərin hüquqlarını müdafiə etmiş hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun sifarişlə həbs olunmasında, zabitlərə plana düşmüş evləri müqabilində dövlət tərəfindən ayrılmış 2 milyon manat dəyərində kompensasiyanın, hərbi hissənin köçürülməsi üçün ayrılmış əlavə 2 milyon manat pulun mənimsənilməsində hallanırdı. Bundan başqa, Səfər Əbiyevlə yaxın münasibətlərdən istifadə edərək "kod 555" adı ilə tanınan vətəndaş Elxan Hacıyevlə birgə xarici ölkələrə hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satısı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə, Türkiyədə villalar alması, hərbi hissənin əsgər və işçilərini bu villalarda qanunsuz işlətmələri, işçilərin rüşvətlə vəzifələrə təyinatı, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması kimi məsələlərdə hallanıb.
Yazıda adı hallanan hər kəsi, o cümlədən Şahin Sultanovu da dinləməyə hazırıq.
musavat.com