"Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir. Onlar bölgədə yenidən qan tökülməsindən narahat deyillər".

Mia.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (FTX) rəhbəri Sergey Narışkin deyib. 

O, ABŞ və Qərbin bəzi dairələrinin Qarabağdakı hərbi əməliyyatların Moskvanın vasitəçiliyi ilə dayandırılmasını həzm edə bilmədiklərini bəyan edib: "Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa təhrik edirlər. Erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar,  azərbaycanlılara Kremlin Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında qələbələrini oğurladığı deyilir"