Müdafiə naziri Zakir Həsənov rəhbərlik etdiyi nazirlikdən məlumat sızdıranların axtarışına çıxıb.
Mia.az xəbər verir ki,
bu barədə hərbi ekspert Üzeyir Cəfərov «Facebook»da özünün şəxsi profilində yazıb. Onun statusunu olduğu kimi təqdim edirik:
«Dünən dostlardan
biri mənə şok yaradacaq məlumat verdi. Bu haqda inşallah sabah ətraflı məlumat olacaq mətbuatda. Sən demə, Müdafiə Nazirliyinin
rəhbərliyi (Zakir Həsənov-Nəcməddin Sadıkov tandemi) oturub xeyli müzakirə ediblər
ki, Müdafə Nazirliyində aparılan kadr islahatları və digər hoqqabazlıqlarla
bağlı məlumatları mənə kim ötürürmüş?
Və qərar
veriblər ki, bunu bir polkovnik, bir də general-mayor olan yoldaşlar guya
edirlərmiş. Və hər 2 şəxsi
vəzifələrindən uzaqlaşdırılıblar.
Vicdanıma and
icirəm ki, o xəbərlər mənə həmin 2 insandan gəlməyib. Bu xəbər artıq
iki gündür ki, mənə rahatlıq vermir. İnşallah, çox yaxın günlərdə mətbuat
konfransı keçirib bu haqda sözümüzü deməyi planlaşdırırıq.
Bəribaşdan burdan bildirirəm ki, hörmətli Zakir müəllim Həsənov, sizin
özünüzün də xəbəriniz olmadan Sizdən bir qədər aralı qonşu otaqda oturan birinci müavininiz general-polkovnik N.Sadıkov sürətlə Sizi ictimaiyyətin gözündən salmaqla məşguldur.
Mənim güdazıma verilən polkovnikin yerinə
Milli Məclis rəhbərliyində təmsil olunan bir tanınmış adamın baldızı ərini həmən vəzifəyə təyin ediblər. Hamam suyu ilə özünə dost tutmaqda
davam edən Baş Qərargah rəisi artıq bütün MN-də olmazın gərgin psixoloji
atmosfer yaradıb. Bunu həm nazir kimi Zakir Həsənovun, həm də ölkə
rəhbərliyinin bilməsi son dərəcə vacibdir. Mənə əvvəllər də, indi də bütün SQ
üzrə çoxsaylı irili-xırdalı xəbərlər daxil olur. İndi ki, mənim güdazıma gedən
o iki günahsız zabitlər ki MN-də yoxdurlar. İnsallah üzümüzə gələn həftə
ərzində mətbuata o qədər maraqlı xəbərlər verəcəyəm ki, özünüz də mat-məətəl
qalacaqsıznız.
Ugurlar Azərbaycan ordusuna. Ugurlar
Azərbaycanın vicdanlı əsgər və zabitlərinə. Eyni zamanda, çox ayıblar olsun, o
vəzifəli şəxslərə ki, kimlər vəzifəsindən sui-istifadə edərək intriqalar
yaradır, peşəkarları müxtəlif bəhanələrlə SQ-dən uzaqlaşdırırlar».
/span