Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib ki, atəşkəs Dağlıq Qarabağdakı bütün təmas xəttində müşahidə olunur.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, o, təmas xətti boyunca vəziyyəti gecə-gündüz izləyən Rusiya sülhməramlı qüvvələrinin müşahidə postlarının yerləşdirilməsinin başa çatdığını da bildirib.

Onun sözlərinə görə, Qarabağın cənub zonasında 9, şimalda daha 9 müşahidə məntəqəsində sülhməramlılar tərəfindən nəzarət həyata keçirilir: "Laçın dəhlizində isə sülhməramlı birləşmələrin hərbi kalonunun keçməsini təmin edən 7 müvəqqəti müşahidə məntəqə var".

O, əlavə edib ki, hazırda atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Mia.az