Ermənistandakı 17 müxalifət partiyası Dağlıq Qarabağdakı vəziyyətə görə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir bəyanat yayıb.

Mia.az Ria Novosi-yə istinadla xəbər verir ki, Daşnaksütyun partiyasının saytında yerləşdirilən  bəyanatda Ermənistanın mövcud  iqtidarının Qarabağ və ətraf ərazilərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatına mane ola bilməməkdə ittiham olunub: "Nəticədə çox vöyük ərazi və insan itkisinə məruz qalmışıq".

Bəyanatda ölkənin daxili və xarici siyasəti də pisləmərək, bütün bunlara görə Paşinyan iqtidarı günühkar bilibib. Müxaliflər Paşinyan iqtidarını bacarıqsızlıqda, o cümlədən Rusiya ilə münasibətləri düzgün qurmamaqda suçlayıb: "Bu səbəbdən geridönməz itkilərin qarşısını almaq üçün Baş nazir Paşinyan və onun hökuməti təcili olaraq könüllü iqtidardan getməlidir. Bundan sonra ölkədəki siyasi və ictimai təşkilatların iştirakı ilə təcili "keçid hökuməti" yaradılmalıdır".

Mia.az