"Qarabağın azadlığına qovuşması yaxındadır".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan AKP-nin konqresindəki çıxışında deyib.

O, Minsk Qrupu ölkələrini 30 il hərəkətsiz qalmaqda ittiham edib və Şuşanın azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir. Addım-addım işğal altındakı şəhərləri və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir".

Mia.az