“Qəhrəman Azərbaycan Ordusu böyük əhəmiyyətə sahib Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik”.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində yazılıb.

Türkiyə MN daha sonra bildirib: “Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı məşhur Xarıbülbül çiçəyinin açılmasını izləyəcəklər, ətrini alacaqlar. Nə xoşbəxt onlara!”.