“Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”.

Mia.az xəbər verir ki, bunu Şuşanın düşməndən azad olunması sevincini bölüşən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.

Onu da qeyd edək ki, Türkiyənin bir çox telekanalları da Şuşanın azad olunmasını manşetlərinə daşıyıb, reportajlar yayırlar.