Azərbaycan Silahlı Qüvvələrinin daha bir generalı vəzifəsindən kənarlaşdırılıb. 

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrinin rabitə rəisi, Baş Qərargah rəisinin müavini general-mayor Fazil Adil oğlu Aşumovu məzuniyyətə göndərilib. 

Mənbənin sözlərinə görə, general illik planına uyğun deyil, vəzifədən uzaqlaşdırılması niyyəti ilə məzuniyyətə çıxarılıb. Məzuniyyətdən qayıdandan sonra onun istefaya göndəriləcəyi bildirilir. 

Qeyd edək ki, F. Aşumov sabiq nazir Səfər Əbiyevin yaxın adamı kimi tanınıb.