Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov dünən daha bir kadr islahatı həyata keçirib. Nazir İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Barat Xəlilov tutduğu vəzifədən azad edib.

 Mia.az xəbər verir ki, Barat Xəlilov az əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarızə İdarəsinin həbs etdiyi deputat Əsabil Qasımovun xalası oğlu Nazim Xəlilovun yerinə təyinat almışdır.