"Beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət edilərək yalnız legitim obyektlərə atəş açılır".

Mia.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bugünkü brifinqdə deyib.

O bildirib ki, ordumuza qarşı assimetrik müharibə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və darmadağın edilir: "Dağlarda meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalarda, məktəblər və digər mülki obyektlərdə gizlənən düşmənə qarşı mübarizə aparır".