Mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, S. Gözəlov açılamasında deyib ki, Həsən Fərəcinin guya işgəncələrə məruz qalması barədə İranın "Aran" agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə getmiş məlumatların heç bir əsası yoxdur: "Araşdırmalar zamanı Həsən Fərəci izahatında saxlanma şəraitindən, ona olan münasibətdən narazılığının olmadığını, burada saxlandığı müddətdə özünə qarşı hər hansı təzyiqin, işgəncənin, şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərin baş vermədiyini bildirib.
Onu da qeyd etməliyəm ki, məlumatda verilmiş və Həsən Fərəci olduğu iddia edilən fotoşəkil də qondarmadır, ona aid deyil və qəsdən oxucunu aldatmağa yönəlmiş cəhddir.
Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu dezinformasiya yayılana qədər Həsən Fərəci ilə göruş üçün nə müdafiəçisi, nə də yaxınları tərəfindən polis orqanlarına heç bir müraciət daxil olmayıb. Belə bir müraciət olunarsa, mövcud təlimata uyğun olaraq onunla görüşlərin keçirilməsi təmin edilər”