“Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

O bildirib ki, partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib.