“Biz mülki insanlarla müharibə aparmırıq. Bizim Ermənistanla başlıca fərqimiz də elə budur”.

Mia.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən saxta videoların yayılması siyasəti də həyata keçirilməkdədir: ““Azərbaycanda olan erməni əsirlərin qida və digər təminatı, onlarla davranış qaydaları beynəlxalq hüquqda nəzərdə tutulmuş qaydada həyata keçirilir”.