Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədrinə daha 2 müavin təyin edilib.

Məlumata görə, bunlar Cəfər Məhərrəmov və Leyli Ağayevadır.

C.Məhərrəmov indiyə qədər nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin layihələr və proqramlar şöbəsinin müdiri, L.Ağayeva isə həmin agentliyin Layihələr və proqramların idarə edilməsi şöbəsinin müdiri olub/Report.

Xatırladaq ki, Cəfər Məhərrəmov vaxtı ilə  Prezident Administrasiyasının Aqrar Siyasət Məsələləri Şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

Leyli Ağayeva isə sentyabr ayında  AXA-ya rəhbər göndərilən Mirzə Əliyevin kadrıdır. O, Aqrar Kredit və İnkişaf Agentliyində də Mirzə Əliyevin müavini olub.

Mia.az