Noyabrın 19-da Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın təkbətək görüşü başa çatıb. 

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter” səhifəsində yazıb.

"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə qatılıblar”, - deyə A. Saqatelyan qeyd edib.

Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.

İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.