Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib.
Mia.az SalamNews-a istinadən bildirir ki, Rauf Tağıyev özü ərizə yazaraq nazir Səlim Müslümovdan işdən getməsini xahiş edib: "İndi mən nazirliyin işçisi deyiləm".
Rauf Ağayevin istefası da xidmətə yeni rəisin təyinatı ilə əlaqələndirilir.
Mia.az-ın xəbərinə görə, yeni rəis təyinatından sonra xidmətdə yüksək vəzifədə işləyənlərə təzyiqlər başlanılıb: "Xidmət rəisi rəhbərlik etdiyi quruma öz adamlarını gətirmək üçün Füzuli Ələkbərovun dövründən vəzifə tutanlara qarşı basqı qurub. O, yeri gəldi-gəlmədi, köhnə işçiləri kollektivin qarşısında sərt tənqid, bəzi hallarda onları təhqir də edir.
Görünür, Rauf müəllim də bu cür idarəetmədə işləyə bilməyəcəyindən nazirin adına ərizə yazmalı olub".
Xəbərlə bağlı araşdırmalarımız olacaq!