Oktyabrın
22-də əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilən Füzuli Ələkbərovun
sonrakı vəziyyəti cəmiyyət üçün maraqlı mövzulardan biri olaraq qalır.
Vəzifəsindən azad edildikdən sonra evində və biznes strukturlarında qəfil yoxlama xəbərlərinin dövriyyəyə buraxılmasına baxmayaraq,
bunların heç biri rəsmi təsdiqlənməyib.
Mia.az
"Reytinq” qəzetinə istinadən xəbər verir ki, sabiq nazir Füzuli Ələkbərov hal-hazırda Azərbaycandadır.
O, heç
yerə getməyib:
«Xəbər yayılıb ki,
guya sabiq nazir biznes işləri ilə bağlı ölkəni tərk edib.
Amma bu yalandır.
O, bağ
evindədir və biznes işləri ilə məşğuldur».
Xəbəri verən şəxs Ələkbərovun vəzifədən getdikdən sonra yoxlanıldığını isə nə təkzib,
nə təsdiq edib:
«Bunu mən deyə bilmərəm.
Amma bildiyim odur ki,
nazir olmamışdan əvvəl və sonra da hansı biznes sahələrinə rəhbərlik edirdisə,
yenə də həmin sahələr onun nəzarətindədir.
Ancaq qardaşı,
keçmiş icra başçısı Nizami Ələkbərov vəzifədən çıxarıldıqdan sonra bir çox əmlaklarını satdı.
Hətta İsmayıllı rayonuna təyinatının ilk ayında
90 minə aldığı və sonradan möhtəşəm təmir etdiyi villanı da satdı».
guya