Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib: "Düşmən qüvvələrindən əsir götürülənlər var".