“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayırd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb: “İndi isə Ermənistan tərəfindən yeni inkaretmə dalğası başlayacaq”.