Mia.az Anspress.com-a istinadən xəbər verir ki, polkovnik işdən azad olunduğunu təsdiqləyib:
"Mən 12 noyabr 2013-cü il tarixində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə tutduğum vəzifədən azad edilmişəm. Bu normal haldır, çünki hərbi sahədə heç bir əmr müzakirə olunmur, sadəcə yerinə yetirilir. Bu məsələ ilə bağlı artıq söz-söhbət yaratmağa da ehtiyac yoxdur”.Onu da qeyd edək ki, P. Abdullayev uzun müddət hərbi sahədə çalışıb, əvvəllər bir neçə rayonun hərbi komissarı olub.