Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyev son günlər evinin sökülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. 

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, sabiq nazir şəhərin mərkəzində sökülən evinin ona aid olmadığını bildirib. Haqqında gəzən söz-söhbətlərdən qəzəblənən S.Əbiyev qeyd edib ki, bəziləri onunla bağlı heç bir əsası olmayan xəbərlər yayır: "Onlar belə məlumatlar yaymaqla ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər”.

Sabiq müdafiə naziri əvvəlki kimi ölkə rəhbərliyinin etimadını qazandığını və bu illər ərzində öz vəzifə borclarına vicdanla yanaşdığını qeyd edib.