Azərbaycanın Almaniyadakı səfirliyi bəyanat yayıb
01-08-2020 [14:48]
Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan bəyanat yayıb.
Mia.az-ın məlumatına görə, bəyanatda deyilir:
"12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ərazisindəki hərbi mövqeləri ələ keçirmək cəhdlərinin qarşısı Azərbaycan Ordusu tərəfindən alınıb. Artilleriya atəşi ilə müşayiət olunan 5 günlük intensiv hərbi toqquşmalar nəticəsində Azərbaycanın 12 hərbçisi, o cümlədən bir neçə zabiti, eyni zamanda Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov həyatını itirib.
Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.
Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun - dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir.
Azərbaycan uzun illərdən bəri aparılan danışıqların nəticə verməməsinə, eləcə də Ermənistandan hüquqi, siyasi, hərbi-texniki və iqtisadi üstünlüyünə baxmayaraq, indiyə qədər Ermənistanın təcavüzünün ağır nəticələrini daşımalı olsa da, bu günə qədər sülh prosesinə sadiq qalıb. Sülh prosesində hər zaman substantiv danışıqları əngəlləyən və status-kvonun möhkəmlənməsinə çalışan Ermənistan isə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin tələblərindən yayınmaq məqsədilə bu cür təxribatlar və gərginliklər yaratmaqla sülh prosesini təhlükə altına almağa səy göstərir.
Görünür ki, bu ölkə təqribən 30 ildən bəri davam edən işğalçılıq siyasəti qarşılığında beynəlxalq birlik tərəfindən təzyiq görmədiyi üçün qonşu Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşməkdən də çəkinmir.
Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə törətdiyi zorakılıq aktları və bunun ardınca özünün səbəb olduğu eskalasiya ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi iclasını çağırmaq cəhdi sübut edir ki, o, hərbi müttəfiqlərini də Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Amma Ermənistan bu niyyətinə çata bilməyib.
Azərbaycan bundan sonra da BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək, öz ərazisi və əhalisini istənilən təcavüz aktından qorumaq üçün lazım olan bütün tədbirləri görəcəkdir.
Birmənalı olaraq Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına zidd şəkildə işğal altında saxlanmasının nəticəsi olan yeni gərginliklə bağlı artan təzyiqdən xilas olmaq və əvvəllər olduğu kimi danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan indi də Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyalarını təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Onlarla cinayətkar həbs olunub.
Öz zorakılıq aksiyalarını pisləmək əvəzinə rəsmi erməni tərəfi və erməni diaspor təşkilatları bugünlərdə Almaniyadakı və digər müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının guya zorakılıq fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Bu iddialar yalandır və onları qətiyyətlə rədd edirik!
Cinayətkar əməllər müvafiq ədliyyə orqanları tərəfindən araşdırılmalıdır. Müəyyən hadisələrlə bağlı hüquqi mühakimə olmadan kimisə günahlandırmağın adı böhtandır.
Biz öz tərəfimizdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi, Almaniyada yaşayan bütün azərbaycanlıları rasional davranmağa, təxribata imkan verməməyə və ədalət naminə mübarizəni yalnız qanun çərçivəsində davam etdirməyə çağırırıq!”
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq