“Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik” mövzusunda onlayn dəyirmi masa keçirilib
29-07-2020 [17:48]
"Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi 28 iyul tarixində Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə ““Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik” mövzusunda onlayn dəyirmi masa keçirib.
Mia.az xəbər verir ki, tədbirin əsas təqdimatçısı, tanınmış gənc alim, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olub.
Görüşün moderatoru isə, tədbirin təşkilatçısı, London Metropolitan Universitetinin, “Təhlükəsizlik və İctimai Qayda” ixtisası üzrə doktorantı Ramil İskəndərli olub.
T.ü.f.d., dos. Sübhan Talıblı tədbirdə iştirakçılara Ermənistanın Azərbaycana təcavüzü, və soyqırım siyasəti, region ölkələrinin təhlükəsizlik siyasətində Azərbaycan faktorunun yeri və rolu ilə bağlı elmi-tarixi, hüquqi aspektlərlə yanaşı, ermənilərin Ermənistan-Azərbaycan sərhədində törətdiyi provokasiyalar və bir neçə ölkədə azərbaycanlılara qarşı hücumların təşkili, və digər məsələlər T.ü.f.d., dos. Sübhan Talıblı tərəfindən təqdim edilibr.
Müzakirələrdə QHT rəhbərləri Əhməd Abbasbəyli, Eynulla Xeyrullayev, Elmari Məmişov, Bayram Orucov, mövzu üzrə fikir mübadiləsi aparmış, mövzu ilə bağlı qənaətlərini bölüşmüşlər. Tədbirdə həmçinin müxtəlif təhsil müəssisələri tələbə və məzunları, yerli təşkilatların nümayəndələri iştirak etmişlər. Çıxış edənlər təqdim edilmiş mövzu ilə bağlı fikirlərini bölüşmüş, eyni zamanda sərhəddə Ermənistan tərəfində törədilmiş provokasiyalar və son günlər bir neçə ölkədə azərbaycanlılara qarşı ermənilər tərəfindən zorakılıq hərəkətlərinin tətbiq olunmasından narahatçılıqlarını bildirmiş və vətəndaş cəmiyyəti nümayəndələri olaraq öz təkliflərini veriblər.
Tədbirin moderatoru, Ramil İskəndərli isə çıxışında qeyd etmişdir ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) İrqçiliyin, irqi ayrı-seçkiliyin, ksenefobiyanın və digər dözümsüzlüyün müasir formaları üzrə xüsusi məruzəçisi Tendayi Aşıyumaya 18 dekabr 2019-cu il tarixli BMT Baş Assambleyasının “Nasizm, neo-Nazism və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və digər dözümsüzlüyün müasir formalarının alovlanmasına töhfə verən digər təcrübələrin şöhrətləndirilməsi ilə mübarizə” adlı qətnaməsinə istinad edilirək, bu qətnamənin icrası ilə hesabatların hazırlanması mandatının verilmişdir. Eyni zamanda 2020-ci ilin senytabr ayında keçiriləcək BMT Baş Assambleyasının 75-ci sessiyasında sözügedən qətnamənin icrası ilə bağlı tərtib edilən məruzə xüsusi məruzəçi tərəfindən təqdim olunacaq.
Bununla bağlı Ermənistanın həyata keçirdiyi rasizm və nasizmin dəstəklənməsi ilə bağlı xüsusi mərüzəçiyə təşkilat adından Ramil İskəndərli tərəfindən təqdimat (submission sənədi) hazırlanıb göndərilmişdir.
T.ü.f.d., dos. Sübhan Talıblının özünün irəli sürdüyü təkliflər və digər səslənən təkliflər aşağıdakılar olmuşdur.
- Elmi sahədə hər biz azərbaycanlı tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, milli təhlükəszilik və ordu, mətbuat, diaspora və s. sahələrdə araşdırma aparan tədqiqatçı və elm adamları Azərbaycan tarixi, dövlətçilik ənənələri, Dağlıq Qarabağ, milli təhlükəsizliyimiz və s. mövzularda xarici ölkə KİV-lərində, elmi və təhsil mərkəzlərində cıxışlar etməli, xarici dillərdə yazılar yazmalıdır.
- Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün təşkilatlarımız beynəlxalq aləmdə öz fəaliyyətlərində Azərbaycanın təbliği sahəsində xüsusi fəallıq və hərəyliyin təşviqi dəstəklənməlidir.
- Dünyanın aparıcı iniversitetləri, elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq, Dağlıq Qarabağ haqda birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirilməlidir.
- Dünya KİV-lərində ermənilərin fəaliyyəti öyrənilməli, eləcə də həmin KİV-də çıxışlar edilməli, ya da həmin çıxaşa qarşı münasibət bildirməlidir.
- Dünyada tarixdən günümüzə kimi Dağlıq Qarabağla bağlı həqiqətlləri əks etdirməyən ermənilər və onlarə dəstəkləyən beynəlxalq və regional dövlətlərin, eləcə də beynəlxalq və regional qurumlar, təşkilatlar, QHT, tədqiqat mərkəzləri və s. araşdırma aparan tədqiqatçıları öyrənməli, onlara elmi, tarixi, siyasi və hüquqi faktlara söykənərək cavablar verilməlidir.
- Xarici dillərdə tədqiqat aparanlara Dağlıq Qarabağ məsələsi, azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı, milli dövlətçiliyimiz və tariximiz haqda yazılarının dərc edilməsində, yayılmasında dəstək edilməlidr.
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Universitetlərində humanitar və ictimai elmlər sahəsində pedaqoji sahədə çalışanların elmi-pedoqoji dərs yükünə Azərbaycanın dünyada təbliğinə (Dağlıq Qarabağ, dövlətilik, tarix, soyqırım və s.) aid hissəsinə dərs saatların artırılması məqsədəuyğun olardı.
- Səfirliklərdə ayrıca KİV-lə əlaqələr üzrə və mədəni əlaqələr üzrə məsul şəxslərin ayrılmasi və bu işin gücləndirilməsinin faydası olardı
2019-cu ilin yanvar ayında təsis olunan Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə indiyədək bir sıra tədbirlər həyata keçirmişdir.
Şəbəkənin əsas məqsədi Azərbaycanda müxtəlif sahələr üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərilməsinə, bu sahədə fəaliyyət göstərən təşkilatlar və mütəxəssislər potensialının səfərbər edilməsidir.
Şəbəkənin fəaliyyətinin texniki-təşkilati təminatı məqsədilə Kaitlbik funksiyasını “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi həyata keçirir.
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var