"Tarix boyu Rusiya heç vaxt Azərbaycanı istəməyib" - Deputat Vahid Əhmədov
29-07-2020 [16:26]
Türkiyə ordusunun Naxçıvana gəlməsi və Azərbaycan-Türkiyə hərbi təlimləri nəyə hesablanıb? Türk ordusu Qarabağ müharibəsində iştirak edə bilərmi? Cəbhədəki həyəcan niyə hələ də yaşanır? Tovuzda baş verən təxribatlar hansı dövlətlərin marağındadır? Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çıxarılması kimləri narahat edir?
Mia.az xəbər verir ki, “Azsiyasət.com” saytı bu və ya digər suallarla Milli Məclisin deputatı Vahid Əhmədova müraciət edib.
V.Əhmədov qeyd edib ki, türk hərbçilərinin Naxçıvana gəlməsi, əslində, bir mesajdır:
"Belə bir mesaj faktiki olaraq, rus ordusu tərəfindən verilmişdi. Məlum təxribatlardan sonra Rusiya ermənilərlə birlikdə hərbi təlimlər keçirməyə başladı. Tovuz hadisələri zamanı Ermənistan təxribat törətdi və nəticədə onların da, bizim də itkilərimiz oldu. Mən belə hesab edirəm ki, bu təxribatın arxasında Rusiya dövləti dayanmışdı. Bu gün də hesab edirəm ki, bu təxribatlar yenə də ola bilər. Çünki Rusiya elə bir dövlətdir ki, istədiyinə nail olmasa, həmişə təxribata əl atır. Amma gördünüz ki, Türkiyə Prezidenti, Türkiyənin Xarici İşlər Naziri və Müdafiə Naziri çox sərt bəyanatlar verdilər. Ərdoğan açıq şəkildə bəyan etdi ki, Türkiyə Azərbaycanın yanındadır və Türkiyə Azərbaycanı bütün hadisələrdə müdafiə edəcək. Ərdoğan Putinlə də telefon danışığında bir daha bildirdi ki, Azərbaycan torpaqları işğal edilib və gec-tez bu torpaqlar işğladan azad edilməlidir. Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi olduqca əhəmiyyətlidir, sabah hər hansı bir hadisə baş verərsə, türk hərbçilərinin orada iştirakları labüddür.
Belə suallar səsləndirilir ki, bəs türk ordusu Qarabağ döyüşlərində iştirak edə bilərmi?
Birinci növbədə Azərbaycanın özü Qarabağda hərbi əməliyyatlara başlamalıdır. Ora bizim ərazidir, hazırda orda terorrçular oturublar. Burada Rusiya məsələsini ön çəkirlər. Amma bir məsələni anlamaq lazmdır ki, hansı ölkədə terroristlərə qarşı mübarizə aparanda başqa bir ölkə qarışır? İlk növbədə güc-qüvvət tapıb özümüz mübarizəyə başlamalıyıq. İkincisi də ki, mən dəfələrlə demişəm ki, biz Türkiyə və Pakistanla hərbi müqavilələr imzalamalıyıq. Elə etmək lazımdır ki, digər türk dövlətləri də buna qoşulsunlar. Bu istiqamətdə elə işlər görmək lazımdır ki, Azərbaycanda problemlər yaranmasın. Düzdür, mən Tovuzda baş verən hadisələrdən sonra belə başa düşdüm ki, ölkəmizdə ciddi problemlər yaranmayacaq. Türkiyə dövləti də burda öz sözünü dedi. Axı Türkiyənin də Azərbaycanda böyük maraqları var. Çünki bizim bütün xəttlərimiz, enerji layihələrimiz məhz Türkiyə vasitəsilə həyata keçirilir. Ona görə də, Türkiyə bu məsələdə seyrçi mövqe tuta bilməz. Burda çox ciddi məsələr var. Türk ordusunun Qarabağ savaşında iştirak edib-etməməsi daha çox bizim iradəmizdən, qəbul etdiyimiz siyasi və hərbi qərarlardan asılıdır".
V.Əhmədov qeyd edib ki, Rusiyanın istədiklərini vermədiyimizə görə, Azərbaycanla bağlı planlar işləməyə başladılar, çevrilişlər etməyə çalışdılar:
"Əslində, bu gün baş verən hadisələrin bönüvrəsi 2010-cu ildən başladı. O vaxt TANAP layihəsinin icrasına başlananda Putin, Medvedyev, “Qazprom”un sədri Azərbaycana gəlib-getdilər. Cənab Prezidentlə danışıqlar apardılar, onlar istədilər ki, qazı Rusiya vasitəsilə Avropaya çıxaraq. Cənab Prezident yox demədi, müəyyən manevrlər elədi. Türkiyə və Avropa dövlətləri ilə müzakirələrdən sonra 2012-ci ildə belə bir müqavilə imzalandı ki, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya çıxarılacaq. Bu, böyük bir layihədir, ola bilər ki, sabah Türkmənistan, İran qazı da ordan keçsin. Gələcəkdə ola bilər ki, Xəzər vasitəsilə boru çəkilsin, yəni bu məsələdə planlar çox böyükdür. Amma Cənab Prezident bu məsələdə çox böyük çeviklik göstərdi. İndi TAP layihəsi də həll olunub və TANAP-a birləşdirilib. Digər tərəfdən də, Avropa bazarında qaza olan ehtiyac kskin şəkildə azalıb. Çünki istehsal sahələri çox yerdə işləmir, müəssisələr dayanıb və s.
Eyni zamanda, mənim aldığım məlumata görə, Türkiyə rus qazından imtina etmək istəyir. Çünki Azərbaycandan qaz alıb istifadə edəcək. Faktiki olaraq, Avropa bazarının 60-7%-ni Rusiya təmin edir. Yəni, istəyirlər ki, Azərbaycana təzyiq etsinlər. Amma artıq gecdir, Azərbaycan 1992-1993-cü ildəki ölkə deyil. Ölkəmiz dünya üçün çox əhəmiyyətli bir dövlətə çevrilib. Elə bir nöqtədə yerləşir ki, Avropa və Asiya burada birləşir, böyük layihələr həyata keçirilir. Burada maraqlı olan dövlətlərdən biri də Türkiyədir. Türkiyə isə heç vaxt razı olmayacaq ki, Azərbaycana kimsə yenidən hücum etsin. Türkiyə-Azərbaycan və Pakistan arasında bütün məsələləri əhatə edən hərbi müqavilə imzalanmalıdır. Məsələn, KTMT-də necədirsə, o formada, üzv ölkələrdən biri müharibə edərsə, digər üzvlər də onu müdafiə etməlidir. Belə bir formatda müqavilə imzalanmalıdır. Amma yəqin ki, bu da olacaq. Tarix boyu Rusiya heç vaxt Azərbaycanı istəməyib, mən bunu heç vaxt eşitməmişəm, görməmişəm. Bəziləri deyir ki, ehtiyatlı olmalıyıq. Nədən ehtiyatlı olmalıyıq? Ehtiyatdan keçib artıq, axırıncı təxribat zamanı da gördük ki, oyuncaq Ermənistanın arxasında Rusiya dayanıb. Qarabağın statusunu da heç kəs tanımayıb. Bu yaxınlarda ABŞ Konqresində Azərbaycan torpaqlarının işğal olunduğunu təsdiqləyən sənəd də qəbul olundu".
V.Əhmədov Azərbaycanın daxilində mühüm işlərin aparılmasının vacibliyindən də danışıb:
"Biz daxildə də iş görməylik, həmrəylik olmalıdır içimizdə. 14 iyulda baş verən hadisələr, insanlar izadihamlı yürüşü artıq Azərbaycan əhalisinin nəyə qadir olduğunu göstərdi. Düzdür, müəyyən təxribatlar da oldu. O qədər insan olan yerdə problemlər də ola bilərdi. Amma əsas odur ki, insanlar dövləti və ordunu müdafiə elədilər. “5-ci kolon” məsələsinin üzərində ciddi iş aparılmalıdır, bu çox ciddi məsələdir. Azərbaycanın gələcəyi, müstəqilliyi üçün bu məsələ araşdırılmalıdır. Həmin bu "5-ci kolon"un nümayəndələri tərəfindən Azərbaycandan Ermənistana informasiyalar gedir. Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı çox böyük işlər görüb, amma bu işləri daha da dərinləşdirməlidir. Azərbaycanın dövlət maraqlarını digər dövlətlərə satan insanlarla bir yerdə ola bilmərik".
Mia.az
Həkim Azər Maqsudov cəzadan azad edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var