"Elə addım atılmalıdır ki..." - Bakıdakı erməni kilsəsi muzeyə çevrilməlidir, yoxsa...
28-07-2020 [18:43]
Bakıdakı erməni kilsəsinin muzeyə çevrilməsi, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri əks etdirən sənədlərin, faktların orada nümayiş etdirilməsi ilə bağlı məsələ müzakirə mövzusuna çevrilib.
Bir çox tarixçi alimlər hesab edir ki, erməni kilsəsi muzeyə çevrilsə, daha yaxşı olar. Ümumiyyətlə, erməni kilsəsinin muzeyə çevrilməsi nə dərədəcə effektiv olar, yaxud bu kilsəyə başqa hansı status vermək olar?
Mia.az xəbər verir ki, məsələ ilə “Azsiyasət.com” saytı BDU-nun kafedra müdiri, tarix elmləri namizədi Kərəm Məmmədovun fikirlərini öyrənib.
K.Məmmədov bildirib ki, Bakıdakı erməni kilsəsi Çar Rusiyasının vaxtında tikilib:
“Hansı ki, həmin vaxt heç Azərbaycanın özü də müstəqil deyildi. Türkiyədəki Aya Sofya məbədi Osmanlının qılınc haqqıdır və Sultan Mehmetin şəxsi mülkiyyəti idi. Bakıdakı erməni kilsəsi ilə Aya Sofya məbədi müqayisə oluna bilməz, bunlar fərqli şeylərdir. Bakıdakı erməni kilsəsini kitabxana eləmək lazımdır. Bu, Allaha da xoş gedər. Elektron şəkildə müasir kitabxana qurulmalıdır. Cavanlar boş-boşuna orda-brda gəzməsinlər, girib orada kitablar oxusunlar. Amma orda elə kitabxana açmaq lazımdır ki, çox çətin tapılan kitablar orada tapılsın. Nadir fond kimi”.
Tarixçi alim hesab edir ki, bizim Qubada üstü açıq muzeyimiz var, Azərbaycan tarix muzeyi də var:
“Kilsəni muzeyə çevirmək doğru olmazdı. Əgər oranın muzeyə çevrilərək, soyqırımla, erməni vəhşilikləri ilə bağlı sənədlərin nümayişindən söhbət gedirsə, buna nə gərək var? Bizdə belə muzeylər mövcuddur. Biz çox vaxt xaricə deyilməli olan sözü daxilə deyirik, daxilə deyilməli olan sözü isə, xaricə deyirik. Soyqırımı daxildə kimlərə təbliğ edirik ki?
Elə addım atılmalıdır ki, səsimizi özümüz yox, xarici ölkələr eşitsin. Tutaq ki, oranı muzey elədik, bizim Türkiyədəki kimi güllələnmiş adamların skeletləri, eksponatlar varmı? Quru sənədləri kitabda da vermək olar, bunun üçün muzey açmağa ehtiyac yoxdur. Eksponatlar varsa, bunu Azərbaycan tarixi muzeyində göstərmək lazımdır, əgər varsa. Yoxdursa, quru sənədləri nümayiş etidmrək üçün buna nə gərək var?”.
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var