“Qardaşlıq da bizim başımıza bir problem olub" - Cəlaloğlu Qurban Məmmədovla küslü olduğunu deyir
27-07-2020 [19:06]
Sosial şəbəkələrdə Avropada mühacirətdə olan hüquqşünas və siyasətçi Qurban Məmmədovla Amerikadakı siyasi mühacir, sabiq parlament sədri Rəsul Quliyevin yaxınlaşması xəbəri yayılıb.
Bu məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, vaxtilə Azərbaycan Demokrat Partiyasında (ADP) təmsil olunan Rəsul Quliyev və Qurban Məmmədov bir-birinə düşmən olublar.
Partiyadan ayrılan vaxt isə Rəsul Quliyevin Qurban Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu ilə mübahisəsi düşüb və münasibətləri pisləşib. Sonralar doğma qardaşlar Qurban Məmmədov və Sərdar Cəlaloğlunun da bir-biri ilə əlaqələri tamamilə kəsilib. İddia olunan odur ki, Rəsul Quliyevlə Qurban Məmmədovun yaxınlaşma səbəbi məhz Sərdar Cəlaloğluna qarşı olan ortaq düşmənçiliyidir.
Bu haqda Modern.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu isə məsələdən bixəbər olduğunu söyləyib.
Sərdar Cəlaloğlu hər iki şəxslə əlaqəsinin olmadığını, onların fəaliyyəti ilə maraqlanmadığını vurğulayıb:
“Mənim Qurban Məmmədovla əlaqəm yoxdur, fəaliyyəti ilə də maraqlanmıram. Rəsul Quliyevlə Qurban Məmmədovun yaxınlaşması gülünc məsələdir. Rəsul Quliyev o vaxt bizimlə birlikdə olanda Qurban Məmmədovla münasibəti yaxşı deyildi. İndi əlaqələrini necə qurublar, kimə qarşı birləşiblər, bilmirəm. Rəsul Quliyevlə də qətiyyən əlaqəm yoxdur. Bilən bilir ki, illərdir münasibətimiz yaxşı deyil. Rəsul Quliyev bizdən ayrılmamışdan xeyli qabaq əlaqəmiz itib. Aydın Quliyev (ADP Ali Məclisinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru-red.) və digər şəxslər Rəsul Quliyevlə münasibətlərimizi pozmuşdu. Rəsul ortaya atılan şayiəni, məsələni yoxlamadan, araşdırmadan hər deyilənə inanan adamdır. Ona görə, iddiaların düzgün olub-olmadığını yoxlamadan birbaşa əlaqələri kəsdi”.
Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla bağlı ona tez-tez suallar ünvanlandığını deyib və narahatlığını dilə gətirib:
“Qardaşlıq da bizim başımıza bir problem olub. Mən onun nə fəaliyyəti, nə kanalı ilə maraqlanıram. O, xaricə getməmişdən qabaq da əlaqəmiz olmayıb”.
Həkim Azər Maqsudov cəzadan azad edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var