Deputatdan səfirin "Rusiya sizə çörək verir" sözünə reaksiya: "Doğru olmayan ifadədir...” - VİDEO
25-07-2020 [11:48]
“Rusiyadakı səfirimiz azərbaycanlılara son hadisələrlə bağlı müraciət edərkən Rusiyanı nəzərdə tutaraq deyib ki; "bu ölkə sizə çörək verir". Əlbəttə bu, təcrübəli bir diplomatın dilindən səslənməsi doğru olmayan bir ifadədir”.
Mia.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
O, qeyd edib ki, bununla bərabər, bir məsələdə Polad Bülbüloğlunu qınamaq olmur.
“Bu da bizim mentallıqla bağlı cəhətlərdir. Azərbaycanda vəzifədə olan şəxslərin leksikonunda bu adi bir ifadədir: "mən filankəsin çörəyini yeyirəm".
Yaxud kimsə vəzifədən gedəndən sonra vaxtilə harasa təyin etdiyi adamdan diqqətsizlik görəndə dərhal gileyini bu formada ifadə edir: "buna mən çörək vermişəm, indi məni saymır".
Hələ bizdə sərt qarğış forması da var: "çörəyim tutsun onu və yaxud da səni".
Surət Hüseynovun çevrilişdən öncə "bir qısmat çörək yeyirdim" ifadəsində də yaddaşlarımızda ironiya formasında həkk olunub.
Əslində, Polad Bülbüloğlunun söylədiyi bizim inancımızda yer alan natamamlıqla bağlı məsələdir. Biz yaşadığımız təhrif olunmuş İslam anlayışımıza uyğun olaraq Allahın verdiyi ruzinin mücərrədliyini, insanın verdiyi çörəyin maddiliyi ilə əvəz etmişik. Ona görə də Polad müəllimin beynində əksər azərbaycanlılarda olduğu kimi, Allahın verdiyi ruzinin yerində bəndənin verdiyi çörək oturub.
İfadə də görünür, bu mental xüsusiyyətdən qaynaqlanıb. Ancaq təxribatlara uymamaqla bağlı çağırışı normal qəbul olunmalıdır. Həqiqətən də hadisələrin xüsusilə Rusiyada küçə müstəvisinə axışı bizə xoşagələn bir şeylər vəd etmir”.
Həkim Azər Maqsudov cəzadan azad edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var