Prezidentin köməkçisi, nazir və komitə sədri diplomatlarımızla görüşdülər - Nələr müzakirə edilib?
25-07-2020 [10:26]
İyulun 24-də Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.
Videokonfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov Ermənistanın cari il iyulun 12-də iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşısının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib.
Nazir xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verib. Dövlətimizin hər zaman olduğu kimi soydaşlarımızın yanında olduğu vurğulanıb və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımi yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verilib. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib. Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarıc olduğunu vurğulayan H.Hacıyev bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğulayıb. Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.
Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat veriblər, videokonfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi videokonfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olumuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırılıb.
Həkim Azər Maqsudov cəzadan azad edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var