Afaq Bəşirqızı meydan oxudu: "Heç vaxt qadın söyüşü söymürəm..." - "Nə görmüsüz şəhər həyatında?" - VİDEO
20-07-2020 [13:23]
"Heç kəsi mühakimə etmək durumunda deyiləm. Afaq Bəşirqızı gedən karvandır, hər it hürüşünə dönmür. Heç vecimə də deyil bəzi insanların münasibətləri. Demişəm ki, öz həyətinin qədrini bil, ailən, özün üçün, gəlib buradakıların 190 manatına ehtiyacın olmasın... Deməmişəm ki, yalvarma. Deyir ki, Afaq xanım, bilmirsən orada nələr çəkirik. Nə çəkirsiz? Nə görmüsüz şəhər həyatında? Gəlib təklif edirlər, pul verirlər, satırsan torpağı. Səhəri gün ot, hər şey qalxır, 10 manata satdığın olur min manat. Gəlib düşürsən mənim, onun-bunun canına. Həyatda özünü təsdiq edə bilməmək gəlib bizi günahlandırmaq deyil. Sənin şüurun var, fikirləşməməlisən ki, nə edim?".
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı müğənni-bəstəkar Murad Arifin "Popumuz var" proqramında deyib. Aktrisa bir müddət əvvəl dediyi "Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" sözlərə aydınlıq gətirib:
"Mənim sözümü çox adam başa düşmürsə, nə edə bilərəm? Öz doğma torpağımızı, məcburi köçkünlər istisna olmaqla, qoyuruq və durub şəhərə gəlirik. Vaxtından əvvəl evlənirik, 100-200 manat kirayədə qala bilməzsən. Gedirsiz yeni tikililərin zirzəmisində yer götürür, pəncərəsini kardonlayırsan ki, uşaq dünyaya gətirim. Sonra düşürsən verilişlərin canına ki, uşağın başını düzəldin. Sonra mənə deyirlər, cəbhədə şəhid olanlar o zirzəmidə doğulanlardır. Ay savadsızlar, mən su basmış zirzəmiləri nəzərdə tuturam. Onlar heç uşaq kimi doğulmur: havasız, su içində.
Ağır şəkəri müharibənin stressindən tutdum. Hər zaman cəbhə bölgəsində olmuşam. Qucağımda yaralı əsgər daşımışam. Mən şəhid aparanda, həmkarlarım şəhərdə evlər, maşınlar, mebellər alırdılar. Niyə onu edirdim? İçimdəki, biz qalib gəlməliyik, xalqım kiməsə möhtac olmasın hirsinə görə. Dediyimi, yozub yazdılar. Vəkilim dedi ki, bunlara iş düşür. Amma vermədim məhkəməyə, bağışladım hamısını".
A.Bəşirqızı bir müddət əvvəl ARB TV-də "Elgizlə izlə" proqramına zəng edərkən işlətdiyi qeyri-etik sözlərlə bağlı suala isə belə cavab verib:
"Efirə zəng vurub söyüş söymərəm. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm. Həmişə insanları da, aktyorları da müdafiə etmişəm. Demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. O aktrisanın adını etika naminə çəkməyəcəm. Və onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat. Və bu deyəndə ki, çörək mağazasına borcluyam...
Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun belə gedib onlardan nə isə istəməyi... Və mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Ərkim çatır. 18, 22, 25 yaşım yoxdur, 65 yaşım var. Bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər –red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, başa düşə bilmədim, məndə reklam gedirdi, bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.
ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi – Şəfiqə xanım, Respublikanın Xalq artisti Nübar xanım (Nübar Novruzova – red.), Elgiz... Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi".
Axsam.az
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu