"Bu, bizi sarsıtmamalıdır..." - Deputatdan MÜSAHİBƏ
19-07-2020 [18:15]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev BAXCP-nin mətbuat xidmətinə müsahibə verib.
Mia.az həmin müsahibəi təqdim edir:
- Qüdrət bəy, bizim və ermənilərin dirijor çubuğu ilə idarə olunmağımıza dair iddialara necə baxırsınız?
- Bu iddialar cəfəngiyatdır və insanların öz dövlətinə inamını sarsıtmağa hesablanıb. Atəşkəsin bərpa olunmasından içi mən qarışıq bəzi insanlar narazı qalıb. İnsanların bu psixoloji durumundan və karantin rejiminin onlar üçün yaratdığı auditoriyadan istifadə edib belə cəfəng fikirlər yayırlar. Ali Baş Komandan ordunun vəziyyətini, beynəlxalq və regional durumu hamıdan yaxşı bilir. Atəşkəsin pozulmasından bir az öncə o bəyan etmişdi ki, torpaqlarımızı azad etmək üçün biz daha güclü olmalı, əlverişli bəynəlxalq şəraitin yaranmasını gözləməli və bunun üçün çalışmalıyıq. Daha güclü olmamız üçün isə Prezidentə iqtisadiyyatda və orduda islahatlar həyata keçirməyə zaman lazımdır. Hər qanlı toqquşmadan sonra regionda marağı olan dövlətlər yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırlar. Necə ki, aprel savaşından sonra Qərbə meyllənmiş Ermənistanın Baş naziri Sarkisyan devrildi.
Əgər 12 iyul toqquşmasından sonra Paşinyan da devriləcəksə, bunun bizə xeyri var ki, ziyanı yoxdur. 1993-cü ilin iyununda ermənilər Azərbaycanda baş vermiş dövlət çevrilişindən istifadə edib BMT-yə, dünya birliyinə, beynəlxalq hüquqa tüpürərək heç kimə məhəl qoymadan Qarabağ ətrafındakı rayonlarımızı işğal etdilər.
Biz isə Ermənistanda baş verənlərdən istifadə edərək beynəlxalq hüququn aliliyini bərpa etməli və Qarabağı azad etməliyik.
Bizim son döyüşdə canlı qüvvədə ermənilərdən daha çox itki verməyimiz barədə iddialara gəldikdə isə, bu, hətta həqiqət olsa da belə, bizi qorxutmamalıdır. İtkilərimiz nə qədər üzücü və iddia olunduğu kimi ermənilərdən çox olsa belə, bu, bizi sarsıtmamalıdır. SSRİ ikinci dünya müharibəsində qalib gəlsə də məğlub etdiyi faşist Almaniyasından az qala 3 dəfə çox itki vermişdi. Bizim hərbçilər Vətən uğrunda şəhid olurlar, ermənilər isə işğalçı ordunun əsgərləri kimi ölürlər. Çalışmalıyıq ki, işğalçı ordunun daha çox əsgərini öldürək. Bu zaman Ermənistanda sülh istəyənlərin sayı artacaq, onların işğalçı ordusu demoralizasiya olacaq. Çünki başa düşürlər ki, nə üstündə ölürlər. Böyük müharibəyə başlaya bilməsək də, ermənilərin təxribatları bizi sevindirməlidir, çünki bu işğalçı ordunun əsgərlərini öldürmək üçün bizə imkan yaradır.
- Qüdrət bəy, niyə ermənilərə daha sarsıdıcı zərbə endirib heç olmasa Qarabağ ətrafındakı rayonlarımızı azad edə bilmirik?
- Etiraf etməliyik ki, ermənilər müasir silahlarla təchiz olunub, geniş kəşfiyyat məlumatları ilə təmin olunurlar. Müasir silahlardan peşəkarcasına istifadə edə bilirlər. Onların aprel savaşından ciddi nəticələr çıxardığı ortadadır. Düşməni bir heç saymaqla ona qalib gəlmək olmaz. Əksinə, ona olduğundan artıq qiymət verməlisən ki, döyüşə daha yaxşı hazırlaşasan. Mən dəfələrlə məsələ qaldırmışam ki, biz peşəkar ordu qurmalı və hərbi təlimlər real döyüş vəziyyətinə yaxın şəraitdə keçirilməlidir. Həmin təlimləri deputatların, jurnalistlərin, QHT nümayəndələrinin izləməsinə şərait yaradılmalıdır. Həm də xalqımız üçün bir şey qaranlıq olaraq qalır ki, niyə ermənilər hansı silahlarla hücum edirlərsə, biz də həmin silahlarla onlara cavab verməliyik? Niyə ermənilərin bizim daha güclü silahlardan istifadə etdiyimizə dair iddilarını dərhal təkzib etməyə çalışırıq? Axı bizim döyüşdə hansı silahdan istifadə edəcəyimizə dair ermənilər qarşısında hər hansı öhdəliyimiz yoxdur.
- Qüdrət bəy, Orduya könüllülərin səfərbərlik üçün yazılmasına necə baxırsınız?
- Onların hər biri ən böyük hörmətə və ehtirama layiqdir. Onların çoxu başa düşür ki, döyüşün taleyini müasir silahlar - radrların izləyə bilmədiyi döyüş təyyarələri, dronlar, raketlər və ondan bacarıqla istifadə etməyi bacaran peşəkar hərbçilər həll edir. Son döyüşlərdə neçə hərbçimiz adi silahdan açılan atəşlə qətlə yetirilib?
Ona görə bir daha təkrar edirəm ki, peşəkar ordu qurmalıyıq. Həmin insanlar orduya yazılmaqla torpaqlarımızın azad olunmasını istədiklərini bəyan edirlər.
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub