YAP fəalı: "Dünya qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır"
16-07-2020 [19:13]
Nurlanə ƏLİYEVA,
YAP Qaradağ rayon təşkilatı Siyasi Şurasının üzvü, Qadınlar şurasının sədr müavini,
***
Bu gün hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk edir, baş verən hadisələri doğru-dürüst təhlil etməyə çalışır. Torpaqlarımızın müdafiəsi, igid oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün dinc sakinlərin belə ayağa qalxdıqları bir vaxtda ölkə rəhbərliyinin hər bir addımı, göstərişi izlənilir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda respublika Prezidenti İlham Əliyev bu müddətdə baş verən hadisələri ciddi təhlil etmiş, Tovuz rayonu və digər istiqamətlərdə olan düşmən təxribatını xüsusilə vurğulayaraq, həlak olan hər bir Azərbaycan övladının qanının yerdə qalmayacağını bildirmişdir.
Məlumdur ki, son 16 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması bu siyasətin prioritet istiqamətlərindəndir.
Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da bu sahədə görülən işlərin nəticəsidir. Böyük əminliklə, demək olar ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirdiyini deməyə əsas verir.
Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub: ”Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.
Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında da bu reallığı diqqətə çatdırdı ki, Ermənistan Tovuz rayonu istiqamətində hərbi təxribatı ilk hadisə deyil. 2016-cı ilin aprelində Ermənistan təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi. Onların sırasında bir uşaq da var idi. 26 mülki şəxs yaralandı. Yüzlərlə ev dağıdıldı. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi, bayrağımız azad edilmiş ərazilərdə qaldırıldı. Döyüş meydanında məğlub olan Ermənistan bundan sonra şəhərlərimizə və kəndlərimizə hücum etmək kimi məkrli siyasətindən istifadə etməyə başladı. 2017-ci ilin iyulunda Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edildi, 2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. 2017-ci il avqustunda Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri
tərəfindən yaralandı. Düşmən mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır: “Beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, necə olur despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır.
Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan hakimiyyətinə heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Təcavüzkara münasibətdə bu cür siyasət ədalətsizliyi nümayiş etdirir. Aprel döyüşlərindən bu günə qədər ermənilərin təmas xəttində törətdikləri təxribatlara diqqət yetirdikdə bu həqiqət özünü bir daha təsdiqləyir. Ermənistan bu təxribatlarla beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmağa, Azərbaycana qarşı həyata keçirdiyi işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir.
Dünyanın koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə diqqət yönəltdiyi, birgə səylərin göstərilməsinə çağırışların edildiyi bir zamanda Ermənistanın təxribatla məşğul olması birmənalı qarşılana bilməz: “Ermənistan Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə koronavirus daha çox yayılıb, ən əsası hakimiyyət bu xəstəliyin qarşısını almaqda acizdir. Reallıq budur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, azad sözə qarşı repressiyaların tətbiq edilməsi və s. reallıqlar Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə salıb. Görünür, işğalçı dövlət bu kimi məqamlardan, daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhə xəttində növbəti təxribatı törətməyi çıxış yolu hesab edib. Amma unudur ki, bu, təcavüzdür, güc tətbiq etmək aktıdır”.
Artıq bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Respublika rəhbərliyinə inanır, onun rəhbərliyi ilə atılan addımları dəstəkləyir və tezliklə torpaqlarımızın düşmən tapdağından azad olunacağına ümid edirik.
Mia.az
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub