5G mobil rabitə: nədən bu qorxu yaratdı?
30-06-2020 [18:00]
Xankişi Kişiyev,
Əməkdar Mühəndis
AzTU-nun ET və EA kfedrasında Baş müəllim
***
Dünya əhalisi 5G mobil rabitə antenalarının quraşdırılmasına qarşı çıxırlar, İngiltərədə hətta bu antenalardan birini yandırdılar.
"5G- əleyhinə hisslər" bütün dünyada olduğu kimi ölkəmizdə də müşahidə olunur. Bir tərəfdən bəzi insanların COVID-19 virusa yoluxmanın 5G ilə əlaqəli artmasına inandıqları üçün 5G şəbəkələrinə etiraz edirlər. Digər tərəfdən isə 5G sahəsində çalışan rabitəçilər və 5G tezlik spektrini satmaqla böyük gəlir əldə edən rabitə qrumları bunu tətbiq etməyə maraqlıdırlar.
Daha yüksək tezlikli 5G standartı əvvəlki (1G,2G,3G,4G) nəsillərin inkişafı ilə onların təbii davamıdır. 1G, 2G, 3G, 4G və 5G birdən başlayaraq beşə kimi mobil şəbəkə texnologiyaları mobil telefon operatorları tərəfindən evalusiya şəklində istifadədə olunur. Bəs bu “G” nə deməkdir? Çox sadə cavabı var. İngiliscə “Generation” yəni Azərbaycan dilində “Nəsil” mənasına gəlir. 1G və 2G əsasən səs və mesaj (məlumat) verlişi və qəbulu ilə məhtud sayda xidmətləri əhatə edirdi. 3G, 4G və 5G isə video və daha çox genişzolaqlı data- internet verlişini təmin edir.
Çoxları yüksək tezlikli millimetr uzunluğunda elektromaqnit şüalanmaları insan həyatı və canlı aləm üçün təhlükəli sayır. Amma əslində gündəlik istifadə edilən qızdırıcı mikrodalğalı sobada 5G –yə nəzərən daha yüksək tezlikli dalğalardan istifadə olunur. 5G-də yüksək tezlikdən istifadə etməklə ötürülən məlumatların miqdarını artırmağa, baza stansiyalarının və antenaların əhəmiyyətli dərəcədə ölçüsünü azaltmağa imkan verir. Bu baza stansiyaları şəhər işıqlandırma dirəklərində, evlərin çerdaklarında, magistral yollarda quraşdırılmış konsollarda və ya bunun üçün ayrıca nəzərdə tutulmuş dirəklərdə yerləşdirilə bilər.
5G-yə tələblər
5G ideyası əhalinin daha sıx məskunlaşdığı Çində yaranıb. Çünkü çox sayda istifadəçinin əvvəlki nəsl 4G-də bir baza stansiyası əhatə dairəsindən (stadionda, qatar stansiyasında, metroda və şəhərin ən çox əhalinin məskunlaşdığı yerlərdə) eyni vaxtda sürətli İnternetdən istifadə etmək, video yaymaq, videolar izləmək və s. rabitə əlaqələrində fasilələr qaçılmazdır. Ölkəmizdə Avropa oyunları zamanı bu problemlər olmasın deyə oyun məkanlarında onlarla 3G və 4G mobil baza stansiyaları yerləşdirildi. Çində isə əhali sıx olduğundan bütün yaşayış məskənlərində 4G baza stansiyalarının sayını artırmaq iqtisadi cəhətdən əlverişli deyil. Bu problemi həll etmək üçün daha çox məlumatı yüksək sürətlə ötürən yeni bir standart tələb olundu. Bunu həll etmək üçün, onlar bir baza stansiyasında daha çox rabitə kanalı yaratmaq üçün tezliyi artırdılar. Beləliklə 5G texnologiyasında əvəliki nəsillərə nəzərən sürətin çox olması əsas üstün cəhət olmayıb, əsas üstünlüyü rabitə kanalların çoxluğu və hər kvadrat kilometrdə olan istifadəçi sıxlığının yüksək olmasıdır.
Tezlik artıqca baza stansiyaları arasında məsafə də əvəlki nəsildəki, 30-40 km-dən 150-200 metrə qədər azaldı. Beləliklə 5G şəbəkə modelində daha çoxlu bir-birnə yaxın baza stansiyaları qurmaq tələb olunur.
5G və sağlamlıq
5G rəqəmli iqtisadiyyatın inkişafı üçün ən mühüm yüksək texnoloji vasitə olmaqla bərabər bu texnologiyalar fokuslayıcı şüalanma mənbəyi kimi insan orqanizminə mənfi təsirləri və bu təsirlərdən yaranacaq fəsadlar tam öyrənilməyib. Ona görə bəzi alimlər və ya 5G texnologiya istehsalçı şirkətlərin rəqibləri bu texnologiyanın koronavirusun inkişafına şərait yaratmasını əsas götürərək onun tətbiqinə mane olurlar.
5G mobil rabitə şəbəkə sistemində millimetr uzunluğunda elektromaqnit dalğalarından istifadə edilir. Rentqen və ya qamma radiasiyasından fərqli olaraq, millimetr uzunluğunda 5G elektromaqnit dalğaların maddəni ionlaşdırmağa, yəni kimyəvi tərkibini dəyişdirməyə, məhv etməyə kifayət qədər enerjiyə sahib olması araşdırma tələb edir. Müxtəlif tezlikli radio dalğalarının insan orqanizmlərinə təsiri 1960-cı illərdən bəri tədqiq edilir.
Bütün dünyada qəbul edilən qaydalara əsasən ölkəyə qanuni şəkildə daxil olan hər hansı bir telekommunikasiya avadanlığını bəyan etmək üçün satıcı tərəfindən 5G avadanlığı alan ölkənin sanitar və uyğunluq standartı tələblərinə əsasən həmin avadanlığa sertifikat almalıdır. Belə olan halda əhali bu sektorda dövlət tənzimləyicisinə etibar edə bilər.
Bu günə kimi mobil rabitə, Wi-Fi ,“Bluetooth” və diğər radio-rabitə vasitələrinin insan sağlamlığına təsiri barədə çox sayda məlumatlar var, lakin onlar olduqca ziddiyyətlidir. ÜST "Ümumidünya Səhiyyə Təşkilatı" bu günə qədər yalnız termik qızmaya məruz qalma növünü tanıyır (məsələn, uzun müddət cib telefonunda danışanın qulağı istilikdən qızır.) və onu yüksək cəhətdən təhlükəli saymır.
"5G və koronavirusla bağlı qorxulara gəldikdə, insanlar bu texnologiyanın tətbiqi ilə eyni vaxtda yeni bir virusla qarşılaşdığından bu texnologiyadan şühbələnməyə başlayıblar. Amma bu tezlik diapazonlarının əvvəlki nəsillərin diapazonundan daha zərərli olduğuna dair heç bir sübut yoxdur. Hər hansı bir yeni texnologiya həmişə insanlarda narahatlıq yaratmışdır. 5G tətbiqi dövründə pandemiya bəzi əhali qrupları arasında iğtişaşlar üçün katalizator rolunu oynadı. Ancaq narahatlıq üçün kifayət qədər sübutu olan əsl səbəblər bəlli deyil. 5G-də elektromaqnit radiasiya, yayılan millimetr uzunluğunda elektromaqnit dalğaların COVID-19 koronaviruslarların yayılması ilə əlaqəli orqanik molekullara təsiri hərtərəfli tədqiq olunmalıdır. Mobil telefon və mobil antenaların elektromaqnit şüalanmasının insan orqaniziminə olan təsirləri tədqiq edən qrumlar mobil telefonlardan çox istifadə etməməyi və Mobil Telefon antenası ilə yaxın təmasdan çəkinməyi tövsiyyə edir. Amma fakt ondadır ki, hər 200 metr məsafədə yerləşən 5G mobil antenalardan uzağda dayanmaq mümkün deyil.
Yer kürəsinin əhalisi artıqca qidaya olan təlabat artığından insanlar qida məhsullarını sünü yolla mövcud maddələrin molekulyar qurluşunu dəyişdirməklə əldə etmək imkanlarına sahib olmaq haqqında fəaliyyətləri bir tərəfdən insanların həyat fəaliyyəti üçün vacib mikrobioloji mühüti inkişaf etdirsə diğər tərəfdən o mühütə ciddi zərər verir. Xüsusi ilə geni dəyişilmiş qida məhsulların insan orqanizmlərinə zərərli təsiri inkişaf etmiş ölkələrdə daha çoxdur.
Son dövrlər internetdə 5G istifadəsinə moratorium tələb edən petisiyalar yayılır. Amma heç kim 5G simsiz texnologiyaların tətbiqinə artan təlabatın qarşısını ala bilməz. Çünki 5G dünyada keyfiyyətli internet sıxlığını təmin edən, texnologiya olaraq internet vasitəsi ilə iş yeri, səyahət, alver, təhsil, bank əməliyyatları, xidmət, mədəniyyət konsert, elm, dostluq, səhiyyə, internet əşya, yer kürəsinin hər millimetr kvadratına nəzarət və s. bəşəriyyətin həyat fəaliyyətinin bütün sahələrini əhatə edir.
5G və inkişaf
Rəqəmli iqtisadiyyat inkişaf edən ölkələrdə müxtəlif sahələrdə çalışan işçilər nəqliyyat vasitələrindən istifadə etmədən vaxtına qənaət edərək, internet vasitəsi ilə iş kompüter mərkəzlərinə (Avtomatik idarəetmə sistemlərinə) məsafədən (distand) qoşularaq öz iş fəaliyyətini həyata keçirirlər. Vaxt dəyərə malik olduğundan işçi vaxta və nəqliyyat xərclərinə qənaət edir. Bu iş üsulunda məsafədən internetlə idarə olunan istehsal və emal sahələrinə koronafobiya mühüti o qədər də ciddi mənfi təsir göstərmir və bu sahələr iş ritmini saxlayırlar. Həmçinin iş yerləri qloballaşaraq yerindən aslı olmayaraq hər bir savadlı mütəxəsis evindən internet vasitəsi ilə dünyanın istənilən ölkəsində işləmək imkanı əldə edir.
Amma koronavirus şəraitində xidmət sahələri, turizm, nəqliyyat, kütləvi tədbirləri əhatə edən xeyir-şər sarayları, kafe, restoran və s. isə tənazülə uğrayır. Karonafobiya şəhər və kənd yşayış mühütündə müxtəlif formada yeni yaşam tərzi tələb edir. Kənd biznesi açıq havada tarlada, biçənəkdə və s elə də ciddi rejim tələb etmir. Koronofobiya bəşəriyyəti real qlobal dünyadan qoparıb, virtual (internet) dünyasına və ya internetin bir texnologiyası olan 5G-yə inteqrasiya edir. Koronafobiya mühütinin vaxtının uzanması cəmiyyətdə yeni ictimai və sosial münasibətlər formalaşdırdı. Maşınla maşın -M2M, maşınla insan Mİ, insanla-maşın İM münasibətləri inkişaf edərək insanlar arası birbaşa ünsiyyət münasibətləri nəzərə çarpan dərəcədə azaldı.
5G-ni texnoloji olaraq yalnız “daha sürətli internet” baxımından dəyərləndirmək texniki tərəfdən çox yalnışdır. Əgər bundan öncəki 4G bəndinə baxış keçirsək görərik ki, normal istifadə üçün bu texnologiyanın təmin etdiyi internet sürəti qənaətbəxşdir və daha sürətlisinə elə də ehtiyac yoxdur.
Bəs niyə məhz 5G?
5G yalnız sürətli internet olmayıb, o çoxlu sayda xidmətləri özündə inteqrasiya edən və hər zaman insanların yanında olan ən müasir mobil infokommunikasiyaya aid texnologiyadır. Bu texnologiyanın əsas hədəfi İnsan-İnsan, maşın-maşın (M2M) və İnsan-maşın dialoqlarını (bağlantılarını) təmin etməkdir. İnsan fəaliyyətinin bütün sahələrində və daha çox xidmət göstərməsi kimi hesablanan bu yeni texnologiya, nəticədə üç kateqoriyada qruplaşdırılır. Yəni bütün xidmət növləri bu üç sahənin daxilindədir. Bəs bunlar hansılardır? 1-eMBB (Enhanced Mobile Broadband - Ətraflı Mobil Genişzolaqlı) 2-uRLLC (Ultra Reliable Low Latency - Ultra Etibarlı Az Gecikmə) 3-mMTC (Massive Machine Type Communication - Kütləvi Maşınlar Komunikasiyası ) Yuxarıda adları çəkilən hər bir xidmət kateqoriyasının oxşar və fərqli texniki tələbatları var. Xidmət sahələrini şəhr etmək üçün birincidən başlayaq. eMBB-in xidmət sahələri: Əvvəlki mobil şəbəkə nəsillərinin ən böyük hədəfi olan yüksək sürətli internet bu kateqoriyaya aid edilir, yəni 4K, 8K UHD keyfiyyətli video, VR (Virtual Reallıq), AR ( Genişzolaqlı qoşulma reallığı) kimi xidmətlər. Bir sözlə yüksək sürətli genişzolaqlı internet bu xidmət sahələrinin tələbatını ödəyir. uRLLC-in xidmət sahələri: Sənayenin avtomatikləşdirilməsi, sürücüsüz nəqliyyat vasitələri, təhlükəsiz avtomobil idarə etmə, distand təhsil, distand iş, məsafəli tibbi müdaxilə və s. mMTC-in xidmətləri: Bu kateqoriya digərlərinə görə daha cəlbedicidir. Demək olar ki, bütün ağıllı əşyaların (maşınların M2M) bir-biri ilə dialoquna hesablanıb. mMTC həm də “İoT” olaraq da bilinir. Çünki, İoT bundan öncəki texnologiyalarda da daha az sayda olsa da mövcud idi. “İoT” – un mənası “Əşyaların İnterneti” anlamına gəlir və ingilis dilində “İoT-Internet of Things” olaraq yazılır. Yəne gələcəkdə bütün əşyalar və canlılar aləmi (insanlar, heyvanlar, ağaclar, tarlalar, televizor, soyuducu, isitmə
sistemi, yanğın sensoru, qaz sensoru, təhlükəsizlik kamerası, sayğacları və daha insanların istifadə etdiyi bütün növ hər cür əşyanı) mMTC-in xidmət sahəsinə aid edə bilərik. Təbii ki, bunlar hal-hazırda evlərdə, məişətdə və gündəlik həyatımızda istifadə etdiyimiz bu günkü əşyalar olmayacaq. Yeniləri ilə əvəz olunmalıdır. Hansılar ki, bunlar “ağıllı cihaz” və ya “ağıllı əşya”adlandırıla bilər. Bu əşyaların hər birində 5G şəbəkəsinə bağlanması üçün SIM karta bənzər vasitəçi olacaq. Və ən maraqlı tərəfi də budur ki, bu əşyaların əksəriyyəti batareya ilə çalışacaq və enerji saxlama müddəti 10 ildən daha çox nəzərdə tutulub. Sual yarana bilər ki, bəs şəbəkəyə qoşulan cihaz necə 10 il enerji saxlaya bilər? Bu cihazları və işləmə prinsipini mobil telefonlar kimi düşünməyək. Çünki, bunların serverə göndərəcəyi məlumat qərarlaşdırılmış zaman aralığında və çox kiçik paketlər olara göndəriləcək. Əgər evimizdən, ofisimizdən, əkin sahəmizdən uzaqda olsaq da onları mobil telefonlara quraşdırlmış uyğun proqramlarla izləmə imkanımız olacaq. Əkin sahasindəki torpağın temperaturu, quruluq dərəcəsi, havası və s. Evimizdə Su, qaz, işıq istifadəsinə nəzarət qaz sızıntısı, enerji sərfiyyatı, təhlükəsizliyi və s.
Əlbəttə ki, bu qədər xidmətin ərsəyə gəlməsi üçün 5G texnologiyası bundan öncəkilərlə müqayisədə çox inkişaf etdirilməlidir. Sadaladığımız üç kateqoriya üzrə olan xidmətlərin həyata keçməsi üçün texniki parametrlər daha fərqli olmalıdır.
5G-nin müstəqil işləməsi üçün onun özünə məxsus standartları hazırlanıb.
Texniki xüsusiyyətlərinə diqqət yetirsək: Masir antenna sistemi istifadə olunaraq, bu siqnalı gücləndirir və internet sürətini artırır. Həmçinin 3D adında da bu texnologiya radio siqnalın hər tərəfə deyil bir başa istifadəçiyə fokuslanmağa imkan yaradır. Radio və maqistral şəbəkələri virtuallaşdırılıb. Misal üçün, yeni bir avadanlıq artırmaq lazım olduqda onu fiziki əlavə etməyə ehtiyac olmayacaq. Sadəcə proqram ilə artırıla biləcək. Bu da öz növbəsində həm vaxt həm də maliyyə tərəfindən xeyli qənaətə səbəb olduğundan cəlbedicidir. Small Cell ( Kiçik Baza stansiyaları) sayı çox olub, antenalar arası məsafə xeyli az maksimum 100-200 metrdir. Beləliklə 5G əhatə zonasında milimetr dalağa uzunluğunda fokuslayıcı şüa mənbələrin sıxlığı yüz dəfələrlə artacaq. Bnun əsas səbəbi millimetr uzunluğunda dalğalardan maneələri aşa bilməməsidir.
Radio tərəfdə məlumatın göndərilmə tezliyi 1ms (milli saniyə) olaraq hədəflənib. Yuxarıda saydığımız hər bir xidmət kateqoriya üçün ayrıca fiziki şəbəkə qurulmayacaq, bir fiziki şəbəkə üzərində hər xidmət qrupu üzrə virtual şəbəkələr yaradılacaq. Hədəf olaraq data qəbuletmə sürəti 20 GBit/s, data verliş sürəti isə 10 GBit/s
olmaqla bir kvadrat kilometr ərazidə bir milyondan çox cihazın bağlantısını təmin edir. Şəbəkə tutum həcmini 1000 dəfədən çox artırmaq imkanı ilə hər bir istifadəçinin orta data qəbulu sürəti 100 Mbit/s, data verliş sürəti 50 Mbit/s-dir. Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi, 5G sadəcə yüksək internet sürəti təmin etməyib, genişzolaqlı qlobal internet şəbəkə sistemində kommunikasiya əlaqələrinin çox geniş parametrlərini əhatə edir. Hal-hazırda bu texnologiyaların dünyada geniş tətbiqi planlaşdırılır. 5G ən yüksək tezliklərdə (millimetr) elektromaqnit dalğaları ilə yayımlanan radiotelefon rabitə sistemi olduğundan bu istifadəçi ilə elektromaqnit dalğa mənbəyi olan antenalar arasında yaxın təması intesivləşdirir.
5G tezlik zolağının qiyməti...
Ölkəmizdə 5G tezik zolağı və onun qiyməti haqqında hər hansı məlumat əldə edə bilmədim. Rusiya Federasiyasında 5G-nun bütün perspektivlər üçün tezlik spektrinin illik ödənişi 112,4 milyard rubl təşkil edir. Ölkəmizdə hər üç mobil operator üçün 5G-nin qiyməti aidiyyəti qurumlar tərəfindən hesablanaraq müəyyən edilir. Tezlik zolağının dəyərinin qiyməti onun spektrinin genişliyindən asılıdır. 5G şəbəkələrinə əvvəlki nəsil şəbəkələrindən daha geniş tezlik spektri tələb olunmur. Bu, fizikadan bildiyimiz kimi kanal nə qədər geniş olsa, fərdi bir abunəçinin sürəti və bütün şəbəkənin ümumi tutumu daha yüksək olacaq. Beşinci nəsil əlaqəsində avadanlıq eyni vaxtda daha geniş "paket" üzərindən məlumat vahidini çox sayda abunəçiyə ötürə bilir. Əgər 4G üçün onun eni 20 MHz təşkil edirsə, 5G şəbəkələri 40-31 MHz diapazonunda 3.4-3.8 GHz, 25-29 GHz - təqribən 400 MHz və daha da yüksəkdir. Yəne bu aspektdən 5G-nin istifadə etdiyi tezlik zolağı 4G-yə nəzərən 20 dəfə çox olduğundan qiyməti də uyğun olaraq 20 dəfə çox olmalıdır. Amma dünyanın bir çox ölkələrində qiymətlərin hesablanması metodologiyasına azalma əmsallarını tətbiq etməyi təklif edir. Çünki tezlik spektr haqlarının azaldılması rabitə xidmətlərinin inkişafına və bazar iştirakçıları arasında rəqabətin artmasına kömək edəcəkdir.
Mia.Az
İsrail Qəzzanı bombalayıb - Ölən və yaralananlar var
RUİSYA İRANLA YENİ SAZİŞ İMZALAMAĞA HAZIRLAŞIR: "Bizim birlkdə böyük planlarımız var”
Putin Forumda Trampın hədəsindən danışdı: "Qərb Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışıb, lakin..."
Talişka "Fənərbağça" ilə razılaşmadığını deyir: "Xəbər yalandır"
ABŞ Kosmik Qüvvələri Tokioda hərbi bazaya qoşun yerləşdirib
Paşinyan: “Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil" - "Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da..."
"Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR
Hüquq müdafiəçisi Rüfət Səfərovla bağlı qərar verildi - Yenilənib
“Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb - Sərnişinlər düşürülüblər
Gürcüstanda müxalif liderlərindən biri saxlanılıb
Rəsmi Ankara: "Biz Tel Rıfat və Mənbicdə terrorçu istəmirik"
Türkiyə Ordusu İraqda 9 terrorçu zərərsizləşdirib
Bakıda məktəbli bıçaqlanıb - Açıqlamalar (Yenilənib)
Qida təhlükəsizliyi ilə bağlı cərimələr artırılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
Bu QHT-ləri üç min manatadək məbləğdə cərimə gözləyir
Afət Telmanqızına Qarabağda vəzifə verilib
Ceyhun Bayramovla İran XİN başçısının görüşündə iki hal - TƏHLİL
BİR QRUP VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Prokurorluq detalları yaydı
Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifədən çıxarılıb
Orxan Məmmədov: "E-KOB Evi" yaradılır
“Onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar”
Şuşa şəhərinə daha 48 ailə köçürülüb (Yenilənib)
Azərbaycan çempionatı keçiriləcək
Ədliyyə Nazirliyində daha bir təyinat olub
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
Şura sədri Sahib Məmmədov intihar edib
Milli Məclisin plenar iclası ləğv olunub
Lionel Messi komanda yoldaşları ilə Bakıya gəlir - Bu tarixdə
CHP ilə MHP arasında gərginlik böyüyür - Özgür Özəl Baxçalının çıxışı yazılan vərəqi cırdı, qarşı tərəf "bu, əxlaqsızlıqdır" dedi
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Əli Əsədov yeni qərar imzalayıb
Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir - Çarpayılar su altında qalıb + VİDEO