Paşinyan Qərbi Azərbaycan İctimai Birliyinin fəaliyyətindən niyə narahat olub? - Şərh
21-06-2020 [12:28]
İyunun 19-da İrəvanda Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın Təhlükəsizlik Şuralarının birgə iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri adminstrasiyasının rəsmi primeminister.am saytı məlumat verib.
Həmçinin, Nikol Paşinyan öz rəsmi Twitter səhifəsində saytın verdiyi məlumatı paylaşıb.
Sözü gedən saytın məlumatına görə, iclasda Nikol Paşinyan, separatçı rejimin rəhbəri Arayik Hartyunyan, Ermənistanın bir sıra yüksək vəzifəli şəxsləri iştirak edib. Nikol Paşinyan həmişə olduğu kimi çıxışında Azərbaycan dövləti, Dağlıq Qarabağ və o cümlədən işğal olunmuş ərazilərdə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar və s. ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
O cümlədən Qərbi Azərbaycan İctimai Birliyi (QAİB) və Gənclər Təşkilatının fəaliyyətindən narahatlığını ifadə edib.
O, QAİB-i bir təşkilat kimi "Ermənistan ərazisinə iddalı olmaqda və özününküləşdirməkdə" günahlandırıb.
Ermənistanın yuxarı dairələrinin narahatçılığından dolayı QAİB Gənclər Təşkilatının rəhbəri Günay Vəlizadə ilə əlaqə saxladıq. G.Vəlizadə bildirdi ki, təşkilatımız xüsusən Twitter sosial şəbəkəsində Azərbaycan həqiqətlərini yaymaq və Ermənistandan qovulmuş qaçqınlarımızın pozulmuş hüquqlarının beynəlxalq təşkilatlara bəyan edilməsi istiqamətində fəaliyyət göstərir :
"Bu istiqamətdə ardıcıl və prinsipial fəaliyyətimiz Ermənistan hökumətini və xaricdə fəaliyyət göstərən erməni diasporalarını ciddi şəkildə narahat etməyə başlayıb. Hətta Twitter'də onlar tərəfindən üzərimizə hücumlar da olub. Təbii ki, edilmiş hücumlara gənclərimiz tərəfindən layiqli cavab verilibdir. Sevindirici haldır ki, beynəlxalq təşkilatlar tərəfindən qaçqınlarımızın hüquqlarının qorunması ilə bağlı paylaşımlarımız dəstəklənib də. Görünür, apardığımız ədalətli mübarizə Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edib".
G.Vəlizadə QAİB-in əsas hədəfinin Qərbi Azərbaycanın -indiki Ermənistan ərazisinin, İrəvanın, Göyçənin, Zəngəzurun, Zəngibasarın, Amasiyanın, Vedibadarın və digər mahalların tarixi Azərbaycan torpaqları olduğunu, erməni vəhşiliklərini,onların törətdikləri soyqırımları və.s dünya ictimaiyyətinə çatdırmaqdan və sülh yolu ilə ata-baba yurdumuza geri dönməkdən ibarət olduğunu da diqqətimizə çatdırıb.
Bildirib ki, keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə cənab Prezident İlham Əliyevin də indiki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu bəyan etməsi biz gənclərə bu mübarizədə stimul verir: "Paşinyan da gec-tez bilməlidir ki, onun hazırda yaşadığı İrəvan belə qədim Azərbaycan şəhəridir və məhz Ermənistanın apardığı şovinist siyasətin nəticəsində Qərbi Azərbaycandan vəhşicəsinə 2.5 milyondan çox soydaşlarımız çıxarılıb".
G. Vəlizadə yeganə Qərbi Azərbaycan təşkilatı olaraq fəaliyyət göstərdiklərini və bundan təəssüfləndiyini də qeyd edib: "Qərbi Azərbaycanla bağlı yeganə təşkilatıq ki, bu cür fəaliyyət göstəririk. İstərdik ki, bu mübarizəyə qoşulan gənclərimizin sayı daha çox olsun. Nikol Paşinyanın isə yürütdüyü əsassız mülahizələrə tərəfimizdən layiqli cavablar verilib və bundan sonra da kimliyindən asılı olmayaraq veriləcəkdir".

Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu