Azərbaycan mediası: mövcud reallıqlar və problemlər
20-06-2020 [21:47]
Samir FEYRUZOV
***
Azərbaycanda baş verən son hadisələr ölkəmizdə media sahəsində də köklü tədbirlərin davam etdirilməsinin zəruriliyini ortaya qoyub.
Media sahəsinə cavabdeh olan şəxslərin vəzifədən kənarlaşdırılması ilə bu sahədəki problemlərin qısa bir zamanda həll olunduğunu düşünmək sadəlövhlük olardı. Çünki bir çox problemlər hələ də mövcuddur və daha da dərinləşir. Bu problemlərin həlli üçün ciddi ideoloji praktiki işlər həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda medianın sifəti baş redaktorlardır, lakin bu şəxslərin bir çoxu problemlərin həllinə və informasiya müharibəsinə hələ də köhnə zehniyyətlə yanaşmaqda davam edirlər. Təkcə forma deyil, həm də məzmun dəyişikliyi olmalıdır.
Şübhəsiz, təcrübə göstərir ki, media ideoloji sahə olduğuna və cəmiyyətin güzgüsü rolunda rolu çıxış elədiyinə görə, şəxslərin dəyişilməsi ilə problemləri tam həll etmək mümkün deyil. Azərbaycan mediasında milli ideoloji xəttin əsas prioritet kimi müəyyənləşməsinə ehtiyac var. Nəzər alsaq ki, müharibə şəraitindəyik, o zaman bu məsələnin əhəmiyyətini daha dərindən anlamış olarıq. Media sanki daxildə yazır, pozur, amma ideoloji, milli məsələlərdə, xüsusilə, Ermənistanla informasiya müharibəsində axsayır. Bu, axsama həm çap mediasında, həm də internet mediada ciddi şəkildə müşahidə olunur. Niyə məhz baş redaktorlar?
Qeyd etmək lazımdır ki, uzun illərdir KİVDF-dən maliyyələşən, abunələr hesabına fəaliyyət göstərən qəzetlər təəssüf ki, hələ də öz sifətlərini dəyişə bilməyib. Söhbət təkcə qəzet vərəqlərinin rənginin dəyişməsindən getmir.
Bu qəzetlərin köhnə qəlibdən çıxa bilməyən, mini-oliqarxa çevrilən rəhbərləri daha milli və yenilikçi şəxslərlə əvəz olunmalıdırlar. Köhnə yazı üslübu, sosial mediada tribuna qazana bilməməsi, ictimai rəyə təsir imkanlarının günbəgün daha da zəifləməsi, redaksiyaların daha çox qeyri-peşəkarlardan formalaşması çap mediası sahəsində əsas mövcud problemlərin bir neçəsidir. KİVDF-nin dəstəyi Azərbaycan çap mediasını ayaqda tutan əsas amildir. Bu dəstəyə adekvat olaraq, çap mediası bu günə qədər bir çox hallarda öz işini layiqincə yerinə bilməyib, primitiv media ənənənələri üzərində sadəcə daha çox kəmiyyətə üstünlük verilib, şəxsi maraqlar təmin edilib. Görünən budur ki, bu qəzetlərin rəhbərlərinin bundan sonra da dəyişmək, yeni ənənənələr formalaşdırmaq kimi bir niyyətləri yoxdur. Bəlkə də bunu bacarmazlar, yaxud köhnə zehniyyət əsas əngəl kimi prosesi müsbətə doğru dəyişə bilməz. Hazırda Azərbaycan yeni siyasi münasibətlər sisteminin formalaşmaqdadır, vətəndaş-dövlət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ciddi addımların atılacağı şübhə doğurmur. Çap mediası bu prosesdən geridə qalmamalıdır, digər sahələr kimi müasir tələblərə cavab verməli, iş prinsiplərini qətiləşdirməli, çevik olmalıdır. Əks halda, təqlidçilik, köhnə və üslübsuz media ənənənələri ümumi işi ləngidən, yeni münasibətlər sisteminə daha çox ziyan vuran faktor kimi ciddi problemə çevrilə bilər. Azərbaycan müharibə şəraitində olan ölkədir, bu günə qədər ermənilərlə təkcə sərhəddə deyil, informasiya cəbhəsində də döyüş olmalıdır.
Hazırda internet media sanki ayrıca bir istiqamət kimi çıxış edir. Çap mediası ilə internet media arasında hiss oluna bir uyumsuzluq var. Düzdür, internet media ilə müqayisədə çap mediası öz vahidliyini qoruya bilib və dövlətçilik prizması baxımından müəyyənləşmiş strategiyada daha çox sadiqlik nümayiş etdirir. Amma inernet media sahəsində sanki bir pərakəndəlik hökm sürür. Bu sahədəki problemlər daha dərin və sarsıdıcıdır. 2016-cı il aprel döyüşləri zamanı internet mediasındakı ciddi boşluqların şahidi olduq. 2018-ci ildə də bunu ciddi şəkildə hiss elədik. Hazırda koronavirusla bağlı yaranmış vəziyyətlə bağlı internet media özünü nə qədər səliqəli apara bilirsə, bir o qədər də fəaliyyətlərində sistemliliyi qoruya bilmirlər. Sanki bir savaşın müxtəlif tərəfləri rolunda çıxış edirlər. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Prezident İlham Əliyevin çıxışı, Paşinyanın replikası və İ.Əliyevin bu replikaya ciddi fakta əsaslanan sərt fikirlərlə cavab verməsi internet mediada günün əsas hadisəsi kimi işıqlandırılmalı idi. Amma olmadı. Halbuki, İ.Əliyevin Paşinyanı diplomatik “nokauta” salması Ermənistan mediasında əsas manşet kimi gündəmə çevrildi.
Sosial media statusunu qazanmış sosial mediada isə, daha diqqətçəkən, təhlükəli və ən yüksək səviyyədə müzakirə çıxarılmalı olan proseslər müşahidə olunur. Əvvəla, çap mediası və internet media kağız və internet üzərindəki fəaliyyətlərini sosial şəbəkələrdə eyni şəkildə qura bilmirlər. Məsələn, xəbər portallarının böyük səhifəsinin olması hər şey demək deyil. Hadisələrə çevik, analitik, arqumentli yanaşma müşahidə olunmur. Sanki bir ideoloji boşluq var və xəbər portalları da sosial mediadakı böyük səhifələr üzərindən bu boşluğu doldura bilmirlər. Ələlxüsus, ölkədə baş verən hər hansı ciddi hadisələr zamanı təşəbbüs ələ alına bilmir, ciddi axsımalar nəzərə çarpır. Sanki inzibati müdaxilə olmasa, sosial şəbəkələrdə öz fəaliyyətlərini tənzimləyə bilmirlər.
Həm çap, həm internet mediası ilə vahid nəzarət mexanizmi yaradılmalıdır. Bu, bir çox səbəblərə görə ölkə üçün həyati əhəmiyyətlidir. Birincisi, Azərbaycan müharibə şəraitindədir və bu amili əsas tutaraq, bir çox səbəblərə görə mediaya vahid nəzarət sistemi yaradılmalıdır. Bu, media azadlığının məhdudlaşdırılması anlamına gəlməməlidir. Bir daha bildirmək istəyirəm ki, 2016-cı il aprel hadisələri göstərdi ki, mediadakı qeyri-peşəkarlıq və pərakəndilik nəticəsində Ermənistan bizə qarşı xeyli təxribat materialları əldə edə bildi. Media birbaşa dövlətin nəzarəti altında olmalıdır, ayrı-ayrı məmurların əlində media qurumun mövcudluğu daha çox şəxsi maraqların təmin olunmasında gətirib çıxarır. Məmurların heç biri ayrı-ayrılıqda dövlət xəttini müəyyənləşdirmir, dövlətin beyin və vahid idarəçilik mərkəzləri var. Ayrı-ayrı məmurların, müxtəlif qurumlarının mediada barmağının olması son zamanlar təhlükəli məqamlara yol açıb və ölkədə ümumi işin ziyanına olan “küçə jurnalistikası”nı formalaşdırıb.
Sabah bu şəxslərin qarşısını almaq mümkün olmayacaq. Əlində telefon olan hər kəs artıq “küçə jurnalistikası”sının bir parçasına, “potensial jurnalistə” çevrilib, istənilən situasiyada istədiyi məlumatı yaya biləcək. Onların fəaliyyətlərində dövlətçilik prinsipləri, hərbi sirlər gözənilməyəcək. Bu isə, informasiya təhlükəsizliyi baxımından və ümumilikdə dövlət üçün ciddi təhdid vasitəsinə çevrilə bilər. Eyni zamanda, müharibə şəraitində olan və mövcud resurslar hesabına Azərbaycanda media üçün reklam bazarı formalaşdırmaq istəyi də özünü doğrultmaya bilər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub