"Aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını..." - Elzadan Manafa sərt cavab gəldi + VİDEO
18-02-2020 [15:21]
Əməkdar artist Elza Seyidcahan ARB telekanalında yayımlanan "Səhər-səhər" verilişinin efirində səslənən fikirlərə münasibət bildirib."
Yenisabah.az xəbər verir ki, bəstəkar Manaf Ağayevin "Bizə çörək lazımdır, əsər yox" sözlərinə sərt reaksiya verib:
"Bir var bir qarınlıq çörək, bir də var ki, ümumbəşəri çörək. "Bizə çörək lazımdır, əsər yox". Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik, milli musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə, çıxışlarımızda çox ehtiyyatlı davranmalı deyilikmi? Axı gələcəyimiz üçün, balalarımız, gənclərimiz üçün efir əsas nümunədir! Çünki ulularımızın, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün qurub, yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zər-zinət əşyalarını özümüzlə qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qiymətli mirası "bir qarın çörəy"ə satmağa dəyərmi?! İndi siz deyin. Bizə "Bir qarın çörək lazımdır, yoxsa əsər?" Ac qarnıma o qədər gözəl əsərlər yazmışam, bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da. "Mənim ac qalan günlərim çox olub, amma ümidsiz qalan bir günüm də olmayıb" (Babək Xürrəmidin).
Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin Tahir Əkbərin, Faiq Naqiyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiçiləri duyğulandırıb, kövrəldib xoşbəxt edib qidalandıracaq. Bax, əsl çörək budur! Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var. Mən bir Azərbaycan Bəstəkarlar ittifaqının üzvü kimi, bir Əməkdar artist kimi, Azərbaycan Dövlət Televiziyasının solisti kimi, bu videoya biganə qala bilməzdim".
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb