Azərbaycanın rabitə nazirləri: görkəmli simalar - Onlar kimdirlər?
08-02-2020 [12:53]
Əməkdar Mühəndis,
AzTU-nun Baş müəllimi
***
Azərbaycan Xalq Cümhuriyyətinin ilk günündən başlayaraq Azərbaycanda rabitə sektoruna görkəmli simalar rəhbərlik edib.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını 2018-ci il may ayının 28-də müsəlman Şərqində dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycanda rabitə (müasir dövrdə informasiya Kommunikasiya Texnologiyaları) sahəsinin tarixini Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSRİ və Müstəqil Azərbaycan Respublikası olmaqla üç dövrə bölmək olar. Bu dövrlərin hər birində rabitə naziri vəzifəsində çalışan nazirlərin peşəkar fəaliyyəti xüsusi qeyd edilməlidir.
1977-1991-ci illərdə Azərbaycan SSRİ-də, 1991-2015-ci illərdə müstəqil Azərbaycan Respublikasının rabitə sahəsində məsul vəzifələrdə çalışaraq bu sektorda quruculuq işlərinə bələd olduğumdan onları yazmaq, mənim üçün çətin deyil.
Amma keçən əsrin əvəllərində 1918-1920 -ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə nazirlərinin fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək çətindir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə nazirləri vəzifəsində fəaliyyət göstərmiş Xudadat bəy Məlikaslanov, Ağa Aşurov, Aslan bəy Səfikürdski və Camo bəy Hacınskinin adları xüsusi qeyd edilməlidir. Bu haqda məlumatı olan dostlardan həmin məlumatları sosial şəbəkələrdə paylaşmalarını xahiş edirəm!
Xudadat bəy Ağa bəy oğlu 1879-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Şuşa real məktəbində oxuyub. 1901-ci ildə də RSDFP-yə daxil olur, 1904-cü ildə partiyadan çıxaraq ömrünün sonunadək bitərəf qalır. 1904-cü ildə Ali məktəbi bitirdikdən sonra yarım il Voloqda-Petrozavodsk yolunun tikintisində işləyib. 1905-ci ildə Tiflisə gəlib, burada Zaqafqaziya dəmir yolunda çalışıb.
Fevral inqilabından sonra müvəqqəti hökumətin Zaqafqaziya dəmir yolu üzrə nümayəndəsi təyin olunur. Sonra Zaqafqaziya komissarlığında dəmir yolu komissarı, Zaqafqaziya federativ hökumətində dəmir yol naziri olur (1917 noyabr-1918 may). Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olub.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri olur. İkinci, üçüncü, dördüncü kabinetlərdə dəmir yolu naziri, beşinci kabinetdə dəmir yolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur, Azərbaycan parlamentinin üzvü idi.
Sovet hakimiyyətinin ilk günlərində Məlik Aslanov əvvəlcə tikinti komitəsində şöbə müdiri, sonra komitənin sədri olur. 1923-1933-cü illərdə Xalq Təsərrüfatı Şurasında, Dövlət Plan komissiyasında, işləmiş Politexnik İnstitutunda dekan olub.
1930-cu ildə həbs olunub və 1933-cü ildə azad olunub. Azərbaycanda dəmir yollarının inkişafında əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq, 1934-cü ildə əsassız ittihamlarla yenidən həbs olunur və 1935-ci ildə düşərgədə həlak olur. 1959-cu ildə ona bəraət verilir.
Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olub. Bakı gimnaziyasını bitirib. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıdıb, şəhər bələdiyyə idarəsində işləyib.
1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərib. Aşurov nəşri-maarif‖ cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib. Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın rəyasət heyətinin tərkibinə seçilib. Milli hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib.
1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən edib.
1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb.
Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. Rostovun tatar qəbiristanlığında dəfn olunub.
Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 30 sentyabr 1881-ci ildə Gəncə şəhərində anadan olub. İbtiai təhsil alandan sonra klassik gimnaziyada oxuyub. 1901-ci ildə gimnaziyanı bitirib Xarkov Universtitetinin hüquq fakultəsinə qəbul olub. Lakin öz xahişi ilə 1902-ci ildə Peterburq Universtitetinə keçib və 1907-cu ildə univestiteti tamamlayıb. 1907-1911-ci illərdə ədliyyə orqanlarında müvəkkil köməkçisi, 1911-1917-ci illərdə isə Şuşa qəzasıında öncə şəhər dumasında iclasçı, sonra andlı müvəkkil vəzifəsində işləyib.
AXC-nin dönəmində Parlamentinə deputat seçilib. Səfikürdski AXC-nin 3 və 4-cü hökumətində təmsil edilib.O rabitə sahəsində kadrların hazırlanmasına xüsusi diqqət verirdi. O, ədliyyə sisteminin işinin təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçirib. Parlamentdə sosialist blokunu təmsil edirdi. 1920-ci il aprelin 27 də bolşeviklərlə danışıqda təslimçi mövqe tutub. Aprel işğalından sonra Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləyib. Lakin 1922-ci ildə 3 il müddətinə həbs edilib. Həbsdən sonra "Azneft" sistemində hüquq məsləhətçisi işləsə də, daim təqiblərə məruz qalıb.
Camo bəy Hacınski Süleyman oğlu 14 iyun 1888-ci ildə Quba şəhərində anadan olub. 1912-ci ildə Peterburq Universtetinin Hüquq fakultəsini bitirib. Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olub. Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi.
Hacınski Azərbaycan Xalq Cumhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində təmsil olunub. Respublikanın rabitə sahəsində xüsusi xidmətləri olub. Aprel işğalından sonra mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1922-ci ildə həbs olunaraq 3 il məhbəsdə saxlanıldıqdan sonra Solovki (Rusiya) düşərgəsinə göndərilib. 1928-ci ildə azad olunaraq Bakıya gəlib, lakin 1938-ci ildə yenidən həbs edilərək sürgün olunub və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib. 1956-cı ildə ona ölümündən sonra bəraət verilib.
Müstəqil Azərbaycan Demokratik Respublikası 23 aydan sonra süquta uğradıqdan sonra rabitə sahəsinin inkişafı sovet dövründə davam etdirilir. 1924-cü ildən başlayaraq əvvəlcə Bakıda, sonra isə ölkənin digər mühüm şəhərlərində telefon rabitəsi inkişaf etdirilməyə başlayır. 1928-1929-cu illərdə artıq Bakı, Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leninqrad şəhərləri ilə şəhərlərarası telefon rabitəsi mövcud idi.
1954-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaradır. Sovet Dövründə Rabitə Nazirliyinə bir neçə şəxs rəhbərlik etsə də, onlar içərsində 70-ci illərdə rabitə naziri işləmiş Nəsurulla Nəsurullayev və Hüseyn Rəsulbəyovun adı böyük hörmətlə çəkilir.
Azərbaycanın görkəmli ictimai xadimi, alimi, Azərbaycanda elektrotexnikanın banisi, Respublikanın əməkdar mühəndisi
Nəsrulla Nəsrullayev uzun illər müxtəlif təsərrüfat orqanlarında yüksək vəzifələrdə işləmişdir. 1970-1975-ci illərdə rabitə naziri, 1975-1977-ci illərdə yüngül sənaye naziri vəzifəsində çalışmışdır. O, Azərbaycanda ilk elektrotexnika zavodunu yaratmış və onun direktoru olmuşdur. O, elektotexnika ilə yanaşı həm də Azərbaycanda rabitə quruculuğunun banisi olaraq 1970-1975-ci illərdə Azərbaycanda rabitə sahəsinin inkişafında misilsiz xidmətlər göstərib, Bakı şəhərində bütün ATS binaları əsasən həmin illərdə tikilib.
1999-cu ildə onun barəsində Azərbaycan Respublikası Rabitə Nazirliyinin və Lukoyl neft şirkəti Xeyriyyə Fondu Bakı filialının sifarişi ilə "Yaddaş" Sənədli Filmlər Studiyasında "Nəsrulla Nəsrullayev" filmi çəkilmişdir. Azərbaycan rabitəsinin müasir inkişafı və tərəqqisi Nəsurulla Nəsurullayevin xidmətidir.
Hüseyn Rəsulbəyov 1917-ci il iyunun 26-da Dərbənd şəhərində poçt işçisinin ailəsində anadan olub. O, 1975-ci ildə rabitə naziri təyin edilir. 1984-cü ilə kimi rabitə naziri vəzifəsində çalışıb. Çox böyük insan olduğu qeyd edilən H.Rəsulbəyovun rəhbərliyə gətirilməsi ilə, rabitə sistemində dönüş yaradılır.
Azərbaycan SSR Rabitə Naziri Axundov Bahadur Məmməd oğlu 1985-1991-ci ilə kimi rabitə naziri olub. O, nazir təyn olunana kimi Nəsurulla Nəsurullayev və H. Rəsulbəyovun nazir işlədikləri dövrdə rabitə nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Rabitə sahəsinin o dövrdəki texnologiyasının mahir bilicisi kimi B.M.Axundovun rabitə nazirlində peşəkarcasına fəaliyyəti əvəz olunmazdır.
Azərbayan ikinci dəfə müstəqilliyinin ilk dövründə isə rabitə naziri Siruz Abasbəyli olub. (1992-1997)
Siruz Abbasbəyli çətin və mürrəkkəb dövrdə yüksək təşkilatçılığı ilə bütün rabitəçiləri səfərbər edərək, Ölkəmizin müstəqil rabitəsinin qurulmasına nail olub. Abbasbəyli 1962-ci ildə Bakıda Rabitə Texnikumuna daxil olub. Həmin il S.Aslanbəyli Baki Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə daxil olub. 1965-ci ildə yay tətili zamanı, avqust ayında ATS-ə işə düzəlib. O vaxtdan əmək fəaliyyəti başlayıb. Onu ilk dəfə “Azqosproyekt” institutunun ATS-nə montyor göndəriblər.
Bir ildən sonra “Qiproazneft” institutunun ATS-nə texnik təyin olunub. 1968 -ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlayıb. 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.
O nazir təyin olunan kimi qısa müddət ərzində beynəlxalq təşkilatlarla Türkiyə, Amerika , İngiltərə, İsrail və s. ölkələrlə əlaqələr yaradıb. Xüsusi ilə qardaş Türkiyənin ən böyük telekommunikasiya şirkələri olan «NETAŞ» və «TELETAŞ» şirkətləri əməkdaşlıq edərək, ilkin olaraq onların vasitəsi ilə Azərbaycanın telekommunikasiya şəbəkələrində müasir rəqəmli telefon stansiyaları tətbiq edilib. Azərbaycanda ilk optik rabitə sistemləri , müasir ilk rəqəmli ATS-lər, möhtəşəm Televiziya Gülləsi inşa edilb, ilk Mobil Rabitə, ilk internet, Beynəlxalq ATS- ilk müstəqil beynəlxalq rabitə, Azərcell MMC, Bakcell MMC, Azevrotel MMC, Azərin MMC, Ultel MMC CATEl, internet və s. müasir rabitə xidmətləri onun nazirliyə rəhpərliyi dövrdə yaranaraq inkişaf edib.
Nadir Əhmədov 1940-cı ildə anadan olub, 1957-ci ildə Şəki şəhər 10 saylı məktəbini qurtarıb. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu Elektrik Rabitəsi mühəndisi ixtisası üzrə bitirib. 1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il rabitə naziri vəzifəsində işləyib.
N.Əhmədovun ölkəmizdə telefon şəbəkələrinin inkişfında əhəmiyyətli rol oynayıb. Xüsusi ilə Bakı telefon şəbəkəsinə rəhbərlik etdiyi dövrdə telefonların sayı 2,5 dəfə artıb. Respublikanın rabitə sisteminin inkişafında və milli peşəkar rabitəçilərin yetişməsində böyük xidmətləri olub.
Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub. 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, həmçinin, Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. Dünyanın ən proqresiv və innovativ texnologiyalarının tətbiqi bir sıra lahiyələr həyata keçirib.
Bu dövrdə Azərbaycanın rabitə şəbəkələrində NGN texnologiyaları tətbiq edilib. MDB məkanında ölkəmizin rabitə şəbəkələri tamamilə rəqəmli texnologiya əsasında tam yenidən qurulub.
05.09 2013-cü ildə Əli Abbasovun təşəbüsü ilə BMT-nin Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib. Bu qətnamə "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)"nın tikintisinin dəstəklənməsini nəzərdə tutur. Azərbaycan "EuraCA"-nı yaratmaq təşəbbüsünü bu ilin avqust ayında irəli sürüb və bu alyansın əsas məqsədi "TASİM" layihəsinin həyata keçirilməsi prosesini sürətləndirmək olub. Qətnamənin qəbulundan sonra Əli müəllimin təşəbbüsü əsasında Avrasiyada rabitənin təkmilləşdirilməsi mövzusunda panel müzakirələr keçirilmişdir. Müzakirələrdən əvvəl, Baş Assambleyanın 67-ci sessiyasının prezidenti Vuk Yeremiç, BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov çıxış ediblər. Amma ölkəmizin iqtisadiyatına tranzit trafikadan gəlir gətirə bilən "TASİM" lahiyəsi həyata keçirilməsi istiqamətində işlər aparıb.
Əldə edilmiş nailiyyətlərlə yanaşı bu dövrdə rabitə sistemində nazirliyin və nazirliyin strukturuna aid idarə və birliklərdə neqativ hallara da yol verilmişdir. 2012-ci il dekabrın 27-də Prezidentimiz İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasovu "Şöhrət" ordeni ilə təltif edib.
P.S. Qeyd edək ki, hal-hazırda öplkə rabitəsinə Ramin Quluzadə rəhbərlik edir...
Mia.az
Livan hökuməti: ""Hizbullah" ordunun cənubda nəzarəti ələ keçirməsinə razılıq verilib"
Türkiyədə 20 nəfər dönərdən zəhərlənib
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib - "...qəti şəkildə rədd edirik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fransada hökumət çöküb
Gəncədə taksi sürücüsü bıçaqlanıb
İsrail Qəzzanı bombalayıb - Ölən və yaralananlar var
RUİSYA İRANLA YENİ SAZİŞ İMZALAMAĞA HAZIRLAŞIR: "Bizim birlkdə böyük planlarımız var”
Putin Forumda Trampın hədəsindən danışdı: "Qərb Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışıb, lakin..."
Talişka "Fənərbağça" ilə razılaşmadığını deyir: "Xəbər yalandır"
ABŞ Kosmik Qüvvələri Tokioda hərbi bazaya qoşun yerləşdirib
Paşinyan: “Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil" - "Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da..."
"Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR
Hüquq müdafiəçisi Rüfət Səfərovla bağlı qərar verildi - Yenilənib
“Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb - Sərnişinlər düşürülüblər
Gürcüstanda müxalif liderlərindən biri saxlanılıb
Rəsmi Ankara: "Biz Tel Rıfat və Mənbicdə terrorçu istəmirik"
Türkiyə Ordusu İraqda 9 terrorçu zərərsizləşdirib
Bakıda məktəbli bıçaqlanıb - Açıqlamalar (Yenilənib)
Qida təhlükəsizliyi ilə bağlı cərimələr artırılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
Bu QHT-ləri üç min manatadək məbləğdə cərimə gözləyir
Afət Telmanqızına Qarabağda vəzifə verilib
Ceyhun Bayramovla İran XİN başçısının görüşündə iki hal - TƏHLİL
BİR QRUP VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Prokurorluq detalları yaydı
Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifədən çıxarılıb
Orxan Məmmədov: "E-KOB Evi" yaradılır
“Onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar”
Şuşa şəhərinə daha 48 ailə köçürülüb (Yenilənib)
Azərbaycan çempionatı keçiriləcək
Ədliyyə Nazirliyində daha bir təyinat olub
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
Şura sədri Sahib Məmmədov intihar edib
Milli Məclisin plenar iclası ləğv olunub
Lionel Messi komanda yoldaşları ilə Bakıya gəlir - Bu tarixdə
CHP ilə MHP arasında gərginlik böyüyür - Özgür Özəl Baxçalının çıxışı yazılan vərəqi cırdı, qarşı tərəf "bu, əxlaqsızlıqdır" dedi
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO